Yazıçı olmaq istəyənlərə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 638
Səs ver:
(səs: 1)
Nə qədər çox oxusanız, o qədər çox yazmağa hazır bir vəziyyətə gələrsiniz.

Yazı yazmaq, artıq insanlar arasında çox geniş yayılıb. Bir çox yazıçılar bu vəziyyətdən şikayət edərək, "Hər əlinə qələm alan özünü yazıçı hesab edir” deyirlər. Lakin mən bu fikirdə deyiləm. Çünki yazmağın da insanlar üçün bir ehtiyac olduğuna inanıram. Kimisi gündəlik yazaraq, kimisi dəftərinə qeydlər edərək, kimisi şeir yazaraq bu ehtiyacını ödəməyə çalışır. Bunun heç bir pis tərəfi yoxdur. İçində yazmaq duyğusu olan, qələmlə, kəlmələrlə arası yaxşı olan və "Necə yazıçı ola bilərəm?” deyə soruşan dostlara tövsiyyələrim bunlardır:

OXUMALI – Yazıçı olmaq üçün yazmalı, deməliydim, hə? Xeyr, öncə oxumalı. Yazıçılıq bir stəkan kimidir. Doldurmamış boşaldacağınız bir şey olmaz. Nə qədər çox oxusanız, o qədər çox yazmağa hazır bir vəziyyətə gələrsiniz. Yazıçı ayrı-seçkiliyi etməyin və hər kəsdən bir şeylər oxumağa çalışın.

ARAŞDIRMALI – Yaxşı bir yazıçı, eyni zamanda yaxşı bir araşdırmaçıdır.  Bir mövzunu yazarkən yaddaşındakı məlumatlarla kifayətlənməz. Hər zaman dəyişik məlumatlarla yazısını zənginləşdirər. Yerli, xarici.. tapa biləcəyi bütün mənbələrdən edilən bir araşdırmadan sonra yazılan yazı da dadından doyulmaz.

QEYD ETMƏLİ – Yaxşı yazıçı qələmi və dəftəri öz yanından ayırmaz. Hər zaman ağlına gələnləri qeyd edər. Hətta yuxudan oyananda yuxusunda xatırladıqlarını  qeyd edər. Qələmi yoxdursa, telefonuna qeyd edər. O da olmadı, telefonuna səsini yazar. Yəni nə olursa olsun, qeydini edər. Bu qeydləri də edərkən zamanı gələndə yaxşıca istifadə edər.

MÜŞAHİDƏ ETMƏLİ – Yaxşı yazıçı həm də gözünü dörd açan bir insandır. Baxmaqla görmək arasındakı fərqi anlamış bir şəkildə dünyadakı hər canlını, hər hadisəni, hər hissi görər. İnsanların baxışlarından hekayələr alar. Quşların, çiçəklərin, ulduzların söylədiyi hər şeyi yaddaşına yazar.

DİNLƏMƏLİ –Bir yazıçının ən böyük zənginliyi başqa insanların hekayələridir. O hekayələrdən şeirlər yazılar, romanlar yazılar, kəlmələrlə can verilər. Xüsusilə, uşaqların və yaşlıların dünyaları sehrlidir. Onları dinləmək füsrəti olduğu zaman dərhal "dinləmə rejiminə keçilməli” və hər şey zehinə qeyd edilməlidir.

BİLGİSEVƏR OLMALI- Neçə yazıçılar tanıyıram, ensiklopediyaları, lüğətləri əllərindən yerə qoymazlar. Ensiklopediya və lüğət səhfələrində müthiş bilgilər gizlidir. Həyat boyu eşitmədiyiniz bir kəlməyə bir lüğət səhfəsində rast gələ bilərsiniz. Buna görə də yaxşı yazıçı olacam, deyən hər bir kəs bilginin arxasınca qaçmalı..əlindən lüğət, ensiklopediya əskik olmamalıdır.

GƏZMƏLİ – Çox yaşayanmı, çox gəzənmi, deyə soruşurlar hər zaman, məncə gəzərkən oxuyan çox bilər. Yaxşı bir yazıçı, gəzib dolaşmalı, bir yandan da gəzdiyi yerlərin bilgilərini oxumalı, insanlarla danışmalı, hekayələr yığmalıdır.

DANIŞMALI- İnsanların, hekayələrini danışmaqlarına imkan yaratmağın yolu təbii ki, qarşılıqlı söhbətdən keçir. Elə bir insan yoxdur ki, beş dəqiqəlik səmimi bir söhbətdən sonra bülbül kimi həyatını danışmağa başlamasın. Elə isə, danışın, danışın, danışın. Binanın qapıçısı ilə, avtobusun sürücüsü ilə, qapı önündə söhbətləşən xalalarla , dayanacaqda gözləyən şagirdlərlə..tələbələrlə,  kimi tapsanız. Danışın və danışılan kəlmələri yazıçılıq heybənizə atıb gözlədin.

PAYLAŞMALI: Yazıçılığa namizəd olan biri hər zaman başqalarının hekayələrinin arxasınca düşməməlidir. Öz hekayələrini də paylaşmalıdır. Dostlarına, tanışlarına, ailəsinə və oxucularına danışdıqca danışmalıdır. İnsan danışdıqca hekayəsinin içində gizlənən bir çox detalın fərqinə varar. Bu incə detallar hekayələrin əsl gözəllikləridir.

NİZAMLI OLARAQ YAZMALI : Və yuxarıda saydığımız hər şey edildisə, növbə gəlib çatdı, yazmağa. Yazmaqdan maksimum nəticə almaq istəyiriksə, nizamlı olaraq yazmalıyıq. Könlümüzə düşdükcə yox, bəlli bir intizamda yazılmalıdır. Qələm və kəlmələr yazıçını yox, yazıçı onları idarə etməlidir. Əlbəttə ki, iç səsimiz çox önəmlidir, amma o səsin də bir nizama salınmağı gərəklidir.
Nizamlı olaraq yazmağa başlayanda, onsuz da  bir müddət sonra yazmağın gözəlliyi sizi heyran edəcək. Zaman keçdikcə də özünüzdəki inkişafı görəcəksiniz. Məsələn, bir iki il əvvəl yazdığınızı bəyənməyəcəksiniz. Bu, yazıçılıq yolunda durmadan irəlilədiyinizi göstərən bir vəziyyətdir.
Yazdıqdan sonra yazılarınızı yoxlamağı, yaxşıca gözdən keçirməyi unutmayın. Məncə, yaxşı yazıçı, gəldiyi kimi yazan yox, gələnləri yaxşı bir süzgəcdən keçirən yazıçıdır.

Yazmağı sevən, yazıçı olmaq istəyən bütün namizədlərə bol kəlmələr, cümlələr, durğu işarələri arzu edirəm.

Müəllif: Adem Özbay
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri