Qızmar yay günlərində sərinləmək üçün nə etməli?

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 481
Səs ver:
(səs: 3)
Yayda havaların həddən artıq isti keçməsi halsızlıq, nəfəs darlığı kimi problemlərə yol açır.

Yodlu duz istifadə edin
İsti havalarda tərlə birlikdə bədəndə olan duzlar da xaric olur. Duz azlığı halsızlıq, mənfi hallar yarada, yaxud təzyiqi aşağı sala bilər. Bunun qarşısını almaq üçün ilk növbədə yodlu duz istifadə edin.

Gündəlik 2-3 litr su üçün
Bədən susuz qalanda əl-ayaq şişir. Bunun qarşısını almaq üçün maye istehlakını artırın. Daha çox sərinləmək və detoks təsiri yaratmaq üçün su şüşəsinə gecədən nanə, cəfəri kimi orqanizmi rahatladan bitkilər əlavə edin.

Günəşin çıxdığı saatlara diqqət edin
Günəşin insan orqanizmi üçün riskli olduğu saatlarda təcili deyilsə, çölə çıxmayın. Çünki hədsiz istilərdə beyinə qan sızması təhlükəsi yaranır. Əgər evdən mütləq çıxmalısınızsa, mütləq şlyapa geyinin, günəş kremi çəkin. Əks halda günəş yanığı yarana bilər.

İstilərdə spirtli içkilər istifadə etməyin
Sərinləmək məqsədilə buz kimi pivə içmək sağlamlığınız üçün çox təhlükəlidir. Günəş altında və çox isti havalarda spirtli içkilər istifadə etməyin.

Açıq rəngli geyimlərə üstünlük verin
Dəb haqqında məlumatları olanlar yaxşı bilirlər ki, dizaynerlər yay aylarında açıq rəngli geyimlər təklif edirlər. Belə geyimlər günəş şüalarını itələyir, tünd rəng geyimlər isə, əksinə, şüaları özünə tərəf çəkir.

Krem istifadə edin
İsti havalarda tərləmə və sürtünmə  qıçların arasında və ya döş altında qızartıya səbəb olur. Bunun qarşısını almaq üçün uşaq kremindən istifadə edin.

Yeməkdən sonra dənizə girməyin
Yeməkdən dərhal sonra dənizə, hovuza daxil olmayın və ya yürüşə çıxmayın. Çünki bu zaman həzm çətinləşir, təzyiq isə yuxarı qalxır. Yeməkdən sonra ən az 10 dəqiqə dincəlin. Daha sonra isə hərəkət edin.

Yağlı yeməklərdən çəkinin
Lahmacun, kabab, dolma, paxlava kimi həddindən artıq yağlı və şəkərli yeməklərdən uzaq durmalısınız. İsti havalarda belə yeməklərin zərərli təsirləri daha da artır, halsızlıq, nəfəs darlığı kimi problemlərə yol açır.

Doktor Ender Sarac nə təklif edir?
Yayda sərinləmək üçün kola, hazır buzlu çay kimi içkilərə üz tutmaq sağlamlığa mənfi təsir göstərir. Bunların yerinə həm sərinlədən, həm arıqlamağa dəstək olan içkilərə üstünlük verməlisiniz. Məsələn, gül şərbəti, ayran, mineral su, doğramac, kompot, detoks suları ola bilər.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 481
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri