Əzələ kütləsini artırmaq üçün hansı dərmanlardan istifadə edilir?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 211
Səs ver:
(səs: 1)
Müasir dünyada getdikcə insanlar sağlamlığını möhkəmləndirmək və ideal bədənə qovuşmaq haqqında daha çox düşünürlər. Buna nail olmağın ən asan üsullarını axtarırlar. Bu sualın yeganə düzgün cavabı idmanla məşğul olmaqdır.

Lakin bəzən inadla edilən intensiv məşqlər, düzgün qidalanma nəzərdə tutduğunuz nəticəni vermir. Çünki mikroelementlərin çatışmazlığı buna mane olur. Belə olan halda idman həbləri köməyə çatır.

İdman üçün nəzərdə tutulmuş dərman bazarında böyük çeşiddə məhsul təqdim olunur. Həmin məhsullar qısa müddətdə istədiyiniz nəticəni əldə etməyə imkan verir.

Beləliklə, güclü əzələyə sahib olmaq istəyənlər hər gün bol miqdarda zülal qəbul etməlidirlər. Məsələn, böyük ölçülü, həcmli əzələ kütləsinə nail olmaq üçün 24 qram zülal qəbul etmək lazımdır. Ancaq bu zaman məşq proqramını təxirə salmaq olmaz. Amma insan orqanizmi ehtiyacı olduğu zülalı təkcə zülal tərkibli qidalarla təmin etməyə qadir deyil. Bu onunla əlaqədardır ki, onda insan inanılmaz dərəcədə çoxlu yemək yeməlidir. Əks halda, səhhətinizlə bağlı bir sıra neqativ hallar yaranar. Bax bu səbəbdən, idmançılara idman və ya yeməkdən çox, məhz zülallı toz böyük fayda verir.

Aparılan elmi tədqiqatların nəticələrinə görə, birdəfəlik zülal qəbulu orqanizm üçün optimal sayılır.

Əzələ kütləsi üçün belə idman qidalanması istifadə olunur:

Geyner  (ing. Gain - artma, artım, böyümə) – müəyyən nisbətdə karbohidrat və zülal qarışığıdır.

Amin turşuları kompleksləri - Canlı orqanizmdə aminturşuları zülalların və digər bioloji birləşmələrin biosintezində istifadə edilir. Amin turşularının qəbulundan da əzələ kütləsini artırmaq üçün istifadə olunur.  

Kreatin - insanın enerjisini və gücünü  bərpa edir, bu göstəriciləri davamlı edir.  

BCAA - əzələ liflərinin müdafiəsi məqsədilə işlədilir.

İdman zalına gedənlər arasında gözəl və cəlbedici formaya nail olmaq məqsədilə bir neçə kiloqram arıqlamaq istəyənlər də tez-tez rast gəlinir. Bu vəziyyətdə, yağların və karbohidratların istifadə həcmini azaltmaq, gündəlik sağlam qidalanmaq lazımdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri