Qaralmaq xeyirlidirmi?

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 432
Paylaş:
Səs ver:
(səs: 2)
Lazımi dərəcədə Günəş vannası qəbul etmək dəriyə müsbət təsir göstərir. Bəzi dəri xəstəlikləri zamanı dermatoloqlar hətta günəş vannası qəbul etməyi tövsiyə edirlər.

Məlumdur ki, Günəş şüaları orqanizmi  D vitamini ilə təmin edir, dərini yüngülcə dezinfeksiya edir və qurudur. Bu isə göbələk, irin və allergiya kimi dəri xəstəliklərinin müalicəsində kömək edir.

Günəş şüaları dəridəki qan damarlarını genişləndirərək hərarəti artırır, nəticədə orqanizm tərləyir. Tərləmə bədənin toksinlərdən təmizlənməsində çox önəmlidir. Beynin hormonal funksiyasının normal fəaliyyətini təmin edir.

Bundan başqa, qaralmış dəri daha sağlam və cazibəli görünür. Lakin "şokolad” olmaq üçün sağlamlığa ziyan vurmadan günəş vannası qəbulu qaydalarına riayət etmək lazımdır.

Axşamlar dəriniz yandığı üçün ağrıdan qovrulmaq istəmirsinizsə, günəş qoruyucu kremlər çəkin. Bədənə qoruyucu vasitələri Günəşə çıxmazdan 30 dəqiqə əvvəl çəkmək lazımdır. Həmin məhsulların fəaliyyəti hovuzdan, dənizdən istifadə zamanı azaldığı üçün gün ərzində onları yeniləmək lazımdır.

Bədənin hər tərəfinin eyni dərəcədə qaralmasını istəyirsinizsə, bu halda orqanizmdə A, C, B vitamin qrupu və fol turşusu kifayət qədər olmalıdır. Bunu isə səfərə yollanmazdan 1-2 həftə əvvəlcədən etməlisiniz. Dərinin daha tünd çalar almasınız istəyirsinizsə, hər gün 1-2 stəkan ərik və ya kök şirəsi için.

Əgər siz qaydalara görə, günəş şüalarının ən qızğın vaxtında günəş vannası qəbul etməsəniz də, dəri onsuz da quruyur. Ona görə də, axşam onun qabıq verməməsi üçün mütləq nəmləndirici çəkin. Ən əsası isə 2 litr su içərək dərinin itirdiyi nəmi bərpa etməyi unutmayın.

Bütün hazırlıqlara baxmayaraq, yanmısınızsa, göynəyən bölgəyə kefir və ya xama çəkin. Yarım saat sonra isə yuyun.

Çiy kartof yanmış dərinin ağrısını yüngülləşdirir, qızartını aradan qaldırır. Bunun üçün kartofları tez-tez dəyişin. Lakin yanıqların yerində qabarlar yaranıbsa, yaralanmış sahəni bintlə sarıyın,  həkimə müraciət edin.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 432
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv