Bu bitki çayları sizi kondisionerin səbəb olduğu xəstəliklərdən qoruyacaq

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 199
Səs ver:
(səs: 2)
Yay aylarını kondisionersiz təsəvvür etmək mümkünsüzdür. İstidən qorunmaq, həddən artıq tərləməmək və gecələr rahat yata bilmək üçün kondisionerə ehtiyacımız var. Ancaq yay mövsümündə bizi bir çox problemlərdən xilas edən kondisioner sağlamlığımızın ən böyük düşmənlərindən biridir. Xüsusilə də tez-tez təmizlənməyən kondisionerlər sağlamlıq üçün əsl təhlükə hesab edilir.

Çünki belə kondisionerlərdə müxtəlif mikroorqanizmlər  (bakteriya, göbələk) toplanıb çoxalırlar. Bu da insanlara bir çox infeksiyaların yoluxmasına səbəb olur. Kondisioner havanı üfürdüyü üçün otaqdakı tozu qaldırır. Bu asma xəstələrinə pis təsir edir. Belə halda asma krizləri şiddətlənə bilər. Kondisionerin bir digər zərəri də bizim ani şəkildə isti havadan soyuq havaya keçməyimizə səbəb olmasıdır. Belə hallarda bədənin immuniteti zəifləyir və üst tənəffüs yollarında, xüsusilə də ağciyərlərdə problemlər yarana bilir.

Türkiyəli həkim Ərdəm Yeşilada kondisionerin mənfi təsirlərindən qorunmaq üçün bitki çaylarına müraciət etməyi məsləhət bilir.

Adaçayı
Gün ərzində bir-iki stəkan adaçayı içərək immunitetinizi infeksiyalara qarşı möhkəmləndirə bilərsiniz. Adaçayının ehtiva etdiyi "sineol” adlı maddə mikrobların inkişafını dayandıraraq sağlamlığınızı qoruyur.

Ağ və ya yaşıl çay
Yüksək miqdarda "kateşin” ehtiva edən hər iki çay növü təsirli antioksidant hesab edilir. Bu çaylar immunitet sistemini gücləndirməyin ən təsirli vasitələrdəndir.

Darçın-mixək çayı
Həm darçının, həm də mixəyin mikrobları öldürdüyü araşdırmalar nəticəsində sübuta yetirilib. Təsirini artırmaq üçün onları birlikdə istifadə etmək məsləhətdir.

Cökə çayı
Boğaz iltihabının qarşısını alır, boğaz ağrısını azaldır.

Kirpiotu (Ekineziya) çayı
Ağciyərləri və tənəffüs yollarını qoruyur. Bitkinin tərkibindəki maddələr ağciyərlərdə yaranan mikrobları yox edir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 199
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri