Tərləmə ilə təbii vasitələrlə necə mübarizə aparmaq olar

Müəllif: emis
Şərhlər: 2
Baxılıb: 2 996
Səs ver:
(səs: 0)
İsti havada insanların bir çox hissəsi tərləmədən əziyyət çəkir.

Tərləmə təbii fizioloji prosesdir. Tərləmənin köməyi ilə orqanizm isti havada özünü soyudur. Əks halda insanlar istivurmadan həlak olardı. Bu səbəbdən tərləmə ilə mübarizə aparmaq düzgün deyil və həmçinin təhlükəlidir. Həmçinin tərləmə zamanı orqanizmdən ziyanlı maddələr (toksinlər, şlaklar) ifraz olunur.

Tər iysizdir. Lakin dəriyə düşdükdə tər dəri piyi, burada yaşayan mikroorqanizmlər, toz və s. ilə qarışır və insandan spesifik tər iyi gəlməyə başlayır. Beləliklə, bizim əsas məqsədimiz tərləmə ilə deyil, tər qoxusu ilə mübarizə etməkdən ibarətdir.

Xalq təbabəti tər qoxusu ilə mübarizə aparan müxtəlif təbii vasitələri təqdim edir.

- Təbii alma sirkəsi insanı tərin xoşagəlməz qoxusundan xilas edir. Bunun üçün duş qəbul etdikdən sonra bədənin ən çox tərləyən hissələrinə (qoltuq altı nahiyələr, ayaqlar) alma sirkəsini çəkmək lazımdır.

- Digər təbii dezodorant palıd qabığıdır. Palıd qabığı dəmləməsini (1 xörək qaşığı palıd qabığı + 1 stəkan qaynar su) ayaq vannaları üçün istifadə edin və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkin.

- Nanə, çobanyastığı, adaçayı otlarının dəmləmələri (1 xörək qaşığı ot + 1 stəkan qaynar su) də çox yaxşı kömək edir. Bu dəmləmələri problemli yerlərə çəkin, ayaq vannaları edin. Həmçinin belə dəmləmələri daxilə qəbul etmək yaxşıdır. Bu stresi azaldır, sakitləşdirir. Stress isə güclü tərləmənin əsas səbəbidir.

- Zəy əla təbii dezodorantdır. Hal hazırda təbii zəydən hazırlanan dezodorantlar istehsal olunur. Ev şəraitində 1 çay qaşığı zəy (toz şəklində) 1/2 stəkan suda həll olunur  və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkilir. Ayaqlarınız çox tərləyirsə, hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin. Belə ayaq vannaları pis qoxunu aradan qaldırır, ayaqların tərləməsini azaldır. Ayaqlar həddən artıq tərləyirsə, evdən çıxdıqda corablara zəy tozunu tökün.

- Üzünüz tərləyirsə, çobanyastığı, nanə, adaçayı, yaşıl çay dəmləmələri dondurucu kamerada xüsusi formalarda dondurun və alınmış buz kubları ilə uzünüzü sürtün. Bu həmçinin dərinin vəziyyətinə çox müsbət təsir edir - dərini daha elastik və hamar edir, cavanlaşdırır. Dəriniz çox yağlıdırsa, bu prosedurdan istifadə etməyin - bu dərinin yağlılığını daha da artıracaq.

- Kosmetik gilin istifadəsi çox yaxşı effekt verir. Ağ, mavi, yaşıl gil suda həll olunur (xama kimi olmalıdır) və problemli sahələrə çəkilir. 30 dəqiqədən sonra dərini yaxşı yuyun.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 996
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri