Ayaqqabı ayağınızı vurursa...

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 795
Səs ver:
(səs: 2)
Tezliklə payız, başqa sözlə, ayaqqabı mövsümü gəlir. Adətən, yeni alınan ayaqqabılar ayaqları vurur. Bu isə ağrıya və dəridə suluqların əmələ gəlməsinə səbəb olur. Bəs bunun qarşısını necə almaq olar?

Yumurta
Ayaqqabının döydüyü yerə  azca yumurta çəkin. Bu, ağrını azaldacaq.

Antiperspirant
Yeni aldığınız ayaqqabını geyinmədən öncə onun içərisinə və ya  ayağınıza antiperspirant vurun.

Diş məcunu
Suluqların üzərinə diş məcunu çəkərək dərinin daha tez sağalmasını təmin edə bilərsiniz.

Əzvay (Aloe vera)
Bu bitki dəriyə dərhal təsir edərək hüceyrələri sağaldır. Əzvayın yarpağını kəsin və içərisindən çıxan şirəni ayaqqabının vurduğu yerə çəkin.

Alma sirkəsi
Suluqlaırn üzərinə bir az alma sirkəsi çəkərək daha tez sağalmasını təmin edə bilərsiniz. Alma sirkəsi infeksiyanın qarşısını alan ən təsirli vasitələrdən biridir. Ona görə də suluq partladıqdan sonra ayağınızda yaraların yaranmasının qarşısını alacaq.

Qara çay
Soyuq qara çay həm yaranı tez sağaldır, həm də qızartı və şişi azaldır.
 
Çay ağacından hazırlanan məhsullar
Çay ağacından hazırlanan məhsullar antibakterial xüsusiyyətə malik olurlar. Çay ağacının yağı bu baxımdan daha təsirlidir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri