Pis vərdişləri necə tərgitməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 015
Səs ver:
(səs: 1)
Ayaq yelləmək, dodaqları yalamaq, saçı ilə oynamaq, dırnaqları yemək və s. Bunlar kimə lazımdır? Vərdişlərdir sadəcə, adət etmişik. Bunları etmədən durmaq mümkün deyil.

Bir çox insanlar öz pis və ya mənasız hərəkərlərini onunla izah edirlər ki, guya adət etmişlər və tərgidə bilmirlər. Bəs bu vərdişləri tərgitmək mümkündürmü?

Axı tək pis şeyə deyil, yaxşı şeylərə də vərdiş etmək olar. Başqa vərdişlərə məsələn: əl ilə deyil, çəngəllə yeməyə, saçını gündəlik daramağa, yediyin qabı yumağa, səhər tez durub işlərini görməyə özünü öyrətmək yaxşı olar.

Psixi vərdişlər ən pis vərdişlərdir. Məsələn: ayaq yelləmək. Həm özünə, həm də kənardakıların psixikasına təsir edir.

Öz uşaqlarımızdan götürək. Küçədə dava düşür, sakit olan uşaq davadan tez uzaqlaşır, o biri uşaq isə tez araya girərək daha da davanı böyüdür. Bu uşaq artıq dava etməyə, dalaşmağa adət etmişdir. Bu, onda vərdiş halını almışdır.

Körpələrin vaxtsız əmzik yeməsi, barmaq sorması da get-gedə vərdiş halına çevrilir və uşaqda damağın formasının dəyişməsinə səbəb olur. Körpələri bu vərdişlərdən uzaq tutmaq üçün böyüklərdən həm birlik, həm də səbr tələb olunur. Əgər ana əmzik vermirsə, tərgitməyə çalışırsa, ata isə ağlamağına dözməyib, səsi kəsilsin deyə əmziyi uşağa verirsə, bu, həm tərbiyəyə, həm də əmziyi tərgitməyə mane olur. Uşağın da psixikasına daha pis təsir edir.

Çox vaxt insanlar belə deyirlər: "Əgər əvvəllər bilsəydim ki, bunun nəticəsi pis olacaq, məsələn: gec yatmağı, avaralanmağı adət etməzdim. İndi isə gecdir, görünür, ömrü boyu belə olacaq".

Bu doğru deyil. Axı insan hər şeyə adət etdiyi kimi, tərgitməyi də bacarmalıdır. Bunun üçün bir az insanda iradə, səbr və dözüm gərəkdir. Həm də bu insanın yaşından və pisxologiyasından asılıdır. İnsan isə öz adətlərini idarə etməyi bacarmalı, pisi atıb, yaxşıya alışmalıdır. Vərdiş etmək pis, tərgitmək isə yaxşıdır.

Pis adətləri saymağa dəyməz, axı onlar ancaq insana ziyan verir, ya da pisxologiyasına mənfi təsir edir. Bunları tərgitmək üçün həmin vərdişin təsiri gələn zaman onu başqa başqatıcı məşğuliyyətlərə öyrəşdirmək lazımdır.

Siqaret çəkmək ən pis vərdişlərdən biridir. Onu çəkməyin vaxtı gəldikdə başı çərəz, tumlar və ya başqa şeylərlə qatmaq gərəkdir.

Ən başlıca adət isə odur ki, özünü istədiyin işi görməyə yox, lazım olan işi görməyə öyrəşdirəsən. Bu iş çətin olsa da yoxlamağınız lazımdır. Öz iradənizin gücünə inanaraq qarşınıza məqsəd qoymalısınız. Sonradan geri çəkilməsəniz, yaxşı adətlərə öyrəşmək sizin üçün asan olacaq
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri