Velosiped sürmək üçün 7 səbəb

Şərhlər: 4
Baxılıb: 2 676
Səs ver:
(səs: 3)
Velosiped sürmək insan orqanizmi üçün çox faydalıdır.


1. Yağları əridir
Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir.

1 saat velosiped sürərək 500 kalori xərcləmək mümkündür. Halbuki qaçış da daxil olmaqla, digər idman növlərində saatda sadəcə 100-200 kalori xərcləyə bilərsiniz.

2. Ombanı ideal formaya salır
Velosiped sürərək ayaqlarınızı və ombanızı da formaya sala bilərsiniz. Üstəlik, bu zaman qarın və qol əzələləriniz də güclənəcək.

3. Ürəyin dostudur
Ürək xəstəliklərindən ölən insanlaırn sayı gün keçdikcə artır. Alimlər gündə sadəcə, 10 dəqiqə velosiped sürərək daha sağlam bir ürəyə sahib olacağınızı bildirirlər.

4. Depressiyaya düşməyə qoymur
Mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.

5. Pul və zaman israfına son qoyur
Böyük şəhərlərdə vaxtımızın çoxu tıxaclarda keçir. Ancaq velosiped sayəsində tıxaclarda qalmadan istədiyimiz yerə vaxtında çata bilərik. Bu zaman benzinə və ya ictimai nəqliyyata ödəyəcəyimiz pul cibimizdə qalar.

6. Daha rahat yuxunu təmin edir
Yuxuya getməkdə və ya səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, velosiped sürərək bu problemləri aradan qaldırın. Stanford Universitetinin tədqiqatçılarının apardıqları araşdırmalar gündə 30 dəqiqə velosiped sürənlərin yuxu rejiminin qaydaya düşdüyünü açıqlayıblar.

7. Qəbizliyi aradan qaldırır
Qəbizliyin qarşısını alan müxtəlif vasitələr var. Ancaq bunlardan ən asanı və ən faydalısı velosiped sürməkdir. Çünki velosiped sürərkən bağırsaqların fəaliyyəti artır.
Həzm sisteminin işi asanlaşır.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 676
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri