Qab şampununu 6 fərqli məqsəddə istifadə edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 189
Səs ver:
(səs: 4)
Qab Şampununu 6 Fərqli Məqsəddə İstifadə edin!

Qab Şampununumuz, evdə gün boyu əlimizin altındadır. Davamlı təmizlik məqsədilə istifadə edərik. Xüsusilə mətbəxdə, hər işdə bizə köməkçi olan maye qab-qacaq yuyucularımızı tam fərqli məqsədlər üçün də istifadə edə biləcəyimizi bilirdinizmi?

Maye qab-qacaq yuyucularımızı qarışqalardan ya da yabanı otlardan və hətta saçımızdakı artıq yağdan xilas olmaq üçün istifadə edə bilərik.

Ətrafınızdakı yabanı otlardan xilas olmaq üçün:
Özbaşına bağçanızda, şüşəbəndinizdə, damınızda  da hətta səkilərinizdə çıxan yabanı otlardan xilas olmaq artıq çox asandır. Kimyəvi maddələrin nə qədər təhlükəli olacağını düşünsək, bir çay stəkanı maye qab-qacaq yuyucusu, bir az duz, bir çay stəkanı ağ sirkə qarşımı həm çox praktik, həm də zərərsiz bir şəkildə bu yabanı otlardan xilas olmanızı təmin edəcək. Vəsaitləri qarışdırın və yabanı otların üzərinə  tökün.
ya

Qarışqaları uzaqlaşdırmaq üçün:
Yaz mövsümü ilə birlikdə evlərdə, balkonlarda yaranan qarışqalardan xilas olmaq çox çətin və cansıxıcı bir işdir. O halda maye qab-qacaq yuyucunuza yenidən işiniz düşdü deməkdir. Bərabər miqdarda maye qab-qacaq yuyucusu ilə ağ sirkəni bir qabda qarışdırın və qarışqaların gəldiyi yola xətt şəklində tökün. Evdəki qarışqalardan xilas  olacaqsınız.

Eyni qarşımı sprey şüşə içinə töküb, gəzintidə də qarışqaları süfrənizdən uzaqlaşdıra bilərsiniz.

Hətta eyni qarışığı şüşələri təmizləmək üçün də  istifadə edə bilərsiniz.

Yamyaşıl çəmənlərə sahib olmaq üçün:
100 litrlik suya, pivə ya da diyet kola, bəhməz və bir fincan da maye qab şampunu qoyun və çəmənlərinizi bu qarışıq ilə  sulayın.
Bu sayədə təxminən 3 həftənin sonunda hər kəsi qısqandıracaq, yamyaşıl bir bağçaya sahib olacaqsınız.

Kondisionerlərin filtrlərini təmizləmək üçün:
Həm yaz həm də qış aylarında kondisionerlərinizin filtrlərinin ayda bir dəfə təmizlənməsi lazımdır. Bunu üçün yenə maye qab-qacaq yuyucusu qarışdırılmış ilıq suyun içində kondisioner filtrlərini bir fırça ilə təmizləyə bilərsiniz. Sonra filtrləri durulamağı və yaxşıca qurutmağı unutmayın.

Saçlarınızı təmizləmək üçün:
Şampununuzun içərisinə bir damla maye qab-qacaq şampunu damladaraq, ışıl ışıl parlayan və  yağdan təmizlənmiş saçlara qovuşacağınızı bilirdinizmi?

Blenderları təmizləmək üçün:
Blenderlar hərdənbir dərininə təmizlənmək lazım olur. Bunun üçün də blenderın içinə ilıq  və bir neçə damla maye qab-qacaq yuyucusu qoyun və bir neçə dəqiqə  blenderı işlədin.
su
Tərtəmiz olan blenderı yaxşıca durulayıb, qurutduqdan sonra, könül rahatlığı ilə təkrar istifadəyə hazırlaya bilərsiniz.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 4 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri