Hər dəfə ərik yeyəndə 1 milyon dolları çölə atırıq

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 240
Səs ver:
(səs: 2)
Yəqin ki, bu yay kifayət qədər ərik yemisiniz və hər dəfə də çəyirdəklərini atmısınız. Bəs ərik çəyirdəyinin sərvət dəyərində olduğunu bilsəydiniz, yenə bu səhvinizi təkrarlayardınızmı?

Bəli, doğru anladınız, sağlamlıq üçün ən faydalı meyvələrdən biri olan əriyin çəyirdəyi də əsl şəfa mənbəyidir. Bu meyvənin çəyirdəyinin ehtiva etdiyi B17 vitamininin 1 kilosu 1 milyon dollara satılır. B17 vitamini xərçəngin qarşısını alan ən təsirli vasitə hesab edilir. Bu vitamin ərik çəyirdəyinin içərisindəki ləpədən əldə edilir. Gündə 7 ədəd ərik ləpəsi yeyərək xərçəngə yaxalanmaq riskini sıfra endirmək olar.

Həmin ləpədən əldə edilən yağ da sağlamlıq üçün faydalıdır. Çünki doymamış yağdır və tərkibində bol miqdarda E vitamini var. Sözügedən yağ xolesterinin səviyyəsini aşağı salır, qəbizliyi aradan qaldırır, mədəyə yaxşı təsir edir. Qırışları azaltmaq, yuxusuzluğu və stressi aradan qaldırmaq  üçün də bu yağdan istifadə etmək olar.

Bir daha ərik yeyərkən onun çəyirdəyinin özündən daha faydalı olduğunu unutmayın.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri