Alimlərdən şok xəbərdarlıq: düyü yeməyin

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 293
Səs ver:
(səs: 1)
Şərq mətbəxində sürfələrin şahı hesab edilən düyünün tərkibində arsen kimyəvi elementi aşkarlanıb. Bu da bilavasitə insan sağlamlığına ciddi təhlükə törədir.
Belə bir xəbərdarlıqla risklərin tədqiqatı üzrə Almaniya Federal İnstitutu çıxış edib. İnstitutun araşdırmasına görə, düyü məhsullarında zərərli arsen kimyəvi elementı və mineral yağlar mövcuddur. Bu isə böyüklər üçün qismən, körpə və azyaşlı uşaqların sağlamlığı üçün isə həddən-ziyadə təhlükəlidir.

Məlum olub ki, azyaşlı uşaqların inkişafında əsas rol oynayan düyü məhsullarının tərkibində düyü toxumunun özündən daha çox zəhərli maddələr yer alır. Zəhərlənmə qıc olma, qarın işləməsi yaratmaqla yanaşı, əsəb və qan-damar sisteminə də mənfi təsir göstərir.

Tədqiqatın nəticəsinə görə, arsen elementi təmiz halda və yüksək qatılıqda zəhərlidir. Misəridən zavodlar, daş kömürlə işləyən elektrik stansiyaları ətraf mühiti arsenlə çirkləndirir. Nəticədə içməli suda, torpaqda, bitkilərdə onun miqdarı artır. Bu isə öz növbəsində südün, ətin və meyvə-tərəvəzin arsenlə çirklənməsinə səbəb olur.

Bir sıra Asiya dövlətlərində düyü zəhərli qrunt suları ilə suvarılır. Ekoloji test göstərir ki, Çin və Banqladeş istehsalı olan düyü və düyü məhsulları insan orqanizmi üçün çox təhlükəlidir. Misir və Hindistan kimi ölkələrdən idxal edilən məhsullar isə qənaətbəxş hesab edilir.

İstənilən halda, düyü soyuq su ilə yaxşı yuyulmalı və bol suda qaynadılmalıdır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri