Səhərlər yemək yeyin çünki..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 426
Səs ver:
(səs: 3)
Səhər yeməyinin araşdırmalar zamanı faydaları ortaya çıxıb.

Missuri Universitetinin araşdırmaları nəticəsində ortaya çıxan faktlar maraq doğurur. Alimlər qeyd edirlər ki, Amerikada yaşayan yeniyetmə qızların hər üç nəfərindən biri artıq çəkidən əziyyət çəkir. Bu problem böyüyəndə də qalır.
Bu səbəbdən də piylənmə epidemiyası diqqət mərkəzindədir.

Xəstəliklər və onların qarşısının alınması mərkəzinin hesabatında deyilir ki, yeniyetmə qızların çoxu səhərlər yemək yemirlər. Bu da gün ərzində həddən artıq qida qəbuluna və artıq çəkinin yaranmasına səbəb olur.
Dietologiya və fizioloji məşqlər üzrə professor Hizet Leydi və həmkarları deyirlər ki, son 30 il ərzində artıq çəkidən əziyyət çəkən yeniyetmələrin sayı dörd dəfə artıb.

Missuri Universitetinin tədqiqatına da yeniyetmə xanımlar cəlb olunublar. Universitetin apardığı tədqiqatda səhər yeməyini buraxmağa adət etmiş 18-20 yaş arasında artıq çəkidən əziyyət çəkən 20 yeniyetmə qız iştirak edib. Onların hər biri müxtəlif yeddi günlük qidalanma modelinə əməl edib: 350 kalorilik adi zülal tərkibli, 350 kalorilik yüksək zülal tərkibli və səhər yeməyinin olmaması. Araşdırmalar zamanı məlum olub ki, səhər yeməyi beyində impulslara nəzarət edən dopaminin səviyyəsini qaldırır. Dopaminin miqdarının azalması isə şirniyyata meyllilik və həddən artıq qida qəbulu ilə nəticələnir.

Alimlər təklif edirlər ki, dopaminin miqdarına nəzarət edilməklə piylənməyə qarşı mübarizə aparılsın. Onlar bildirirlər ki, səhər yeməyindən sonra şirniyyata meyllilik azalır. Bundan əlavə, zülalla zəngin səhər yeməyi yağlı qidalara meyli azaldır. Səhər yeməyi buraxıldıqda isə yağlı qidalara həvəs gün ərzində artır.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri