Bütün gün özünü yorğun hiss edənlər oxusunlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 317
Səs ver:
(səs: 1)
Gündəlik işlər, stress, əsəb gün ərzində özümüzü yorğun hiss etməyimizə səbəb olur. Ancaq bu, alnımıza yazılan qismət deyil. Təbiətin bəxş etdiyi bir neçə şəfalı bitkidən yararlanaraq insan özünü daim gümrah hiss edə bilər.

Yoğrunluğu aradan qaldıran vasitələr:

Rozmarin
Rozmarin yorğunluğu aradan qaldıran ən təsirli bitkidir. Orqanizmi stresin mənfi təsirindən qoruyur. Qan dövranını sürətləndirir. Özünüzü gümrah hiss etmək üçün gün ərzində mütləq rozmarin yeyin. Rozmarini çiy halda salatlara əlavə edə bilərsiniz.

Ada çayı
Ada çayı yorğunluğu aradan qaldırmaqla yanaşı sizi bir sıra xəstəliklərdən də qoruya bilər. Çünki bu bitki maddələr mübadiləsini sürətləndirməyə və immunitet sistemini gücləndirməyə qadirdir. Həmçinin, yaddaşı gücləndirib, zəkanı itiləşdirir. Bu isə xüsusilə də, ofis şəraitində işləyənlərə çox yaxşı təsir edir. Bütün gün kompüter qarşısında oturanlarda müşahidə edilən zehni yorğunluğun qarşısını alır.

Darçın
Özümüzü yorğun hiss etməyimizin əsas səbəblərindən biri də qanda şəkərin səviyyəsinin aşağı düşməsidir. Darçın qanda şəkərin səviyyəsini sabitləşdirir, şirniyyata olan tələbatın və yorğunluğun qarşısını alır. Həmçinin, maddələr mübadiləsini sürətləndirir, qan dövranını artırır. Qeyd edək ki, darçının çubuğu daha təsirlidir. Toz halında satılanlar isə elə də keyfiyyətli hesab edilmir.

Tərə
Bu bitki halsızlığın və yorğunluğun qarşısını alır. Vitaminlərlə zəngin olan tərə sizə enerji verərək gün ərzində özünüzü inanılmaz dərəcədə gümrah hiss etməyinizə səbəb olacaq.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri