Göz yaşlarsız soğan doğramaq

Müəllif: ulduz
Şərhlər:
Baxılıb: 771
Paylaş:
Səs ver:
(səs: 2)
Soğan yeməklərə xüsusi tam verdiyi üçün ən əvəzolunmaz inqrediyentlərdən biri hesab olunur. Əlbəttə elə olur ki, elə soğan növünə rast gəlirsiniz ki, onu doğradıqda gözləriniz yaşarmır. Amma çox vaxt xanımlar acı göz yaşlarını silmək üçün tez-tez mətbəxdən çıxıb gözlərini soyuq su ilə yuyub təkrar qayıdırlar. Sizə göz yaşları olmadan soğanı hazırlamaqda bir neçə məsləhət verəcəyik.

Soğanı beş dəqiqə ərzində soyuq suda saxlamaq və bundan sonra kəsməyə başlamaq lazımdır. Bütün bu proses zamanı bıçağın ülgücünü də həmin soyuq suda isladmaq lazımdır.
Soğanı suyun altında saxlayaraq kəsmək, sonra isə bir neçə dəqiqəlik soyuducunun dondurucu kamerasına yerləşdirmək lazımdır. Bundan sonra soğanı doğrayarkən gözləriniz yaşarmaz.
Əgər siz kontakt linzalardan istifadə edirsinizsə, bu zaman soğan doğrayarkən onları taxa bilərsiniz. Bir çoxlarının sözünə görə bu inanılmaz kömək edir.
Sizin bıçağınız yaxşı itilənmiş olmasa soğanın hazırlanması çox çətin olacaq və çox vaxt aparacaq.
Soğanın istifadəsi zamanı keramik bıçaqlardan və ya xüsusi lazerlə itilənmiş bıçaqlardan istifadə etməyiniz məsləhətdir. Yaxşı bıçaqda qənaət etməyin, o sizə həm uzun müddət xidmət edəcək, həm də ki, hazırlama prosesini sürətləndirəcək.
Kiməsə soğan doğrayarkən dodaqlarının arasında sıxılmış çörək tikəsi kömək edir. Həmçinin çörək tikəsini istifadə etdiyiniz bıçağın ucuna da batırmaq olar (bu zaman yenə bıçağı soyuq suda isladmalı olacaqsınız).
Aşpazların məsləhətlərinə əsasən göz yaşlarısız soğan doğramaq üçün onu düzgün doğramaq lazımdır. Soğanın aşağı hissəsini kəsmədən, onu yarı bölün və bıçağın ülgücünü bir az künc (bucaq) üzrə saxlayaraq yuxarı hissədən kəsməyə başlayın. Bu halda yanınıza yandırılmış şam qoysanız daha yaxşı effekt ala bilərsiniz.

Ümumiyyətlə, bu sahədə olan məsləhətlərin çox olmasına baxmayaraq, ümid edirik ki, siz öz üsulunuzu tapıb bu prosesin öhdəsindən gəlməyi bacaracaqsınız.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 771
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv