Payızda xəstələnmək istəmirsinizsə, bunları edin!

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 762
Paylaş:
Səs ver:
(səs: 2)
Payız aylarında bir çox insan qripdən, soyuqdəymədən əziyyət çəkir. Lakin ətrafınızda heç xəstələnməyənlər də yəqin ki, var. Onların bunu necə etdiyini bilmək istəyirsiniz?

Soyuq su ilə duş
Mütəxəssislərin fikrincə, soyuq su ilə çimmək immuniteti gücləndirir. Bu, bir çox xəstəliyin qarşısını almaq üçün ən effektli üsuldur. Belə ki, qan dövranını yaxşılaşdırır, ağrıları azaldır.  Soyuqdəymənin və qripin qarşısını alır. Maddələr mübadiləsi sürətlənir, artıq yağlar əriyir. Bəzi həkimlər soyuq su ilə çimməyin bəzi xərçəng növlərinə belə yaxşı təsir etdiyini bildirirlər.

Masaj
Bir çox tədqiqatlar göstərib ki, masaj stressi azaldır, qan dövranına yaxşı təsir edir. Ürəyin döyüntüsünü azaldır. Masaj sümük və əzələlərin sağlamlığı üçün də əvəzedilməzdir. Bundan başqa, tənəffüs sistemi üçün də faydalı olan masajın bu xüsusiyyətləri xəstəliklərə qarşı orqanizmin müdafiə gücünü artırır.

Sarımsaq
Sarımsaq immunitet sistemini gücləndirir. Antioksidantlarla zəngindir. Xərçəngdən qoruyur. Tərkibindəki A, B və C vitamini sayəsində qripdən və soyuqdəymədən qorunmağa kömək edir.

C vitamini və sink
C vitamini və sinklə zəngin qidalananların qripə yoluxmaq ehtimalları azalır. C vitamini stressi azaldır. Sink isə virusların çoxalmasına mane olur. Sinklə zəngin qidalandıqda qrip tez sovuşur.

Əlləri yumaq vərdişi
Əllər bakteriyaların ən çox toplandığı orqandır. Onları tez-tez yumaq sadəcə qripi önləmir, həm də salmonella, koli kimi təhlükəli bakteriyalardan qorunmağımıza kömək edir. Unutmayın ki, əllərdəki bakteriyalar hepatit A-ya yoluxmağınıza səbəb ola bilər. Bütün bu xəstəliklərin qarşısını almaq üçün yeməklərdən öncə və sonra, tualetdən öncə və sonra, çöldən evə gəldikdə, ictimai nəqliyyatdan istifadə etdikdən sonra əllər mütləq yuyulmalıdır. Bu zaman antibakterial sabunlardan istifadə edilməli, əl ən az 2 dəqiqə sabunlanmalı və təmiz yuyulmalıdır. Əlləri yumağa imkan olmadıqda antibakterial gellərdən istifadə edə bilərsiniz.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 762
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv