Pintilik sağlamlıqmış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 147
Səs ver:
(səs: 0)
Pintilik sağlamlıqmış
Sən demə, yuxudan duran təki çarpayını yığışdırıb qaydaya salmağın vacib olması anlayışı yanlışdır. Kinqston Universitetinin alimləri toz gənələri və astmatik tutmalarla yanaşı, müxtəlif allergik reaksiyalara səbəb olan digər həşaratlar isti və quru yerdə yaşaya bilmirlər. Ona görə də yığışdırılmamış yataq belə həşəratlar üçün ölümcüldür.

Təmiz mələfələr, yastıq və adyallar isə zərərli mikroorqanizmlər üçün ideal məkandır.
Alimlərin hesablamalarına görə, səliqə ilə yığışdırılmış bir çarpayıda 1,5 milyona yaxın toz gənələri yaşaya bilir.

Ağ saçların qarşısını alan maddə
Bütün dünyadakı qadınların sevinmək üçün səbəbləri var. ABŞ-ın Nyu-York Universitetinin alimləri qadınlarda qocalıq əlaməti sayılan ağ saçlara qalib gəlməyin yolunu tapıblar.

Onlar saçların ağarmasının qarşısını almaqla yanaşı, bir neçə il əvvəl ağarmış saçlara əvvəlki rəngini qaytarmağa imkan verən protetin alıblar.

Kəşfin müəlliflərinin dediklərinə görə, onlar tərkibində sözügedən protein olan şampun, maska və saç üçün losyonların hazırlanmasına başlayıblar.
Bu isə milyonlarla qadını ağ saçlardan xilas edəcək.

Mobil telefon qırışları necə artırır?
Paris Universitetində mobil telefonların qadın orqanizminə təsiri ilə bağlı araşdırmalar başa çatıb. Məlum olub ki, smartfonlarının ekranlarında informasiyanın oxunmasına çox vaxt ayıran qadınlarda vaxtından əvvəl qırışlar yaranır.

Professor Jan-Lui Sebonun sözlərinə görə, baxışların uzun müddət mobil telefonun kiçik displeyində cəmlənməsi qadınları qaşları çatmağa vadar edir və bunun nəticəsində qaşlar arasında dəri qatları yaranır. Əzələlər bu vəziyyəti "yadda saxlayır” və kosmetoloqların "kədər qırışı" dedikləri qırış gün keçdikcə daha da böyüyür.

Qadınları çəki niyə aldadır?
ABŞ-ın Texas Universitetinin alimləri qadınların öz çəkilərini dəqiq dəyərləndirə bilmədiklərini aşkarlayıblar. Belə ki, kök qadınların 25 faizi özlərini arıq, hər 6 normal çəkili qadının biri isə kök hesab edir.

Bundan başqa, səhhəti ilə problemləri olan kök qadınların 10 faizi hər şeyin normada olduğuna əmindir.
Texaslı alimlərin tədqiqatında yaşları 18-25 arası olan və 5 dövlət reproduktiv klinikasına gələn 2224 qadın iştirak edib.

Psixoloqların fikrincə, kişilərdən fərqli olaraq qadınlar vücudlarını subyektiv qəbul edirlər. İzafi çəkili qadınların 52 faizi hər şeyin normada olduğunu düşünərək arıqlamaq istəmir, normal vücudlu qadınların isə 48 faizi «çox kökəm» düşünərək özlərinə pəhrizlərlə divan tuturlar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri