Faydalı məsləhətlər

Müəllif: Menim balam
Şərhlər: 7
Baxılıb: 3 241
Səs ver:
(səs: 2)
• Tort bişən zaman formanı sobadan çıxarıb soyuq suda isladılmış əskinin üstünə qoysanız, tort formadan asan çıxar.
• Tort heç vaxt isti odda bişirilməməlidir. Çünki istidən onun üstü yanar, içi isə bişməz. Tortu yaxşı bişirmək üçün sobanı əvvəlcədən qızdırmaq lazımdır, onu bişirərkən isə sobada orta temperatur olmalıdır.
• Tortu sobadan çıxardandan sonra onu bayıra, soyuğa çıxartmaq olmaz, o yapıxar.
• Zəif od üzərində bişirilmiş qayğanaq, bərk od üzərində bişmiş qayğanaqdan dadlı olur.
• Yağı tez yumşaltmaq üçün, onu xırda-xırda doğrayın və qabı isti su olan qazanın içinə qoyun.
• Evdə bişirilən peçenye yanmışsa, soyuyandan sonra narın sürtgəclə üstünü qaşıyın və qənd tozu səpin.
• Xəmirdə yağ çox, su isə nə qədər az olarsa, bir o qədər çox ovular.
• Xəmirdə şəkər çox olduqda, bişirilən məmulat tez yanır, xəmir gec gəlir və yumşaq olmur. Şəkər az olduqda isə bişirilən məmulat yaxşı qızarmır.
• Xəmirə soda çox vurulubsa, məmulatın tünd rəngi, xoşagəlməz iyi və tamı olacaqdır.
• Soda tamamilə neytrallaşsın deyə, xəmir yoğurarkən sodanın üstünə bir az sirkə, ya da limon şirəsi tökmək lazımdır. Sodalı xəmiri çox yoğurmurlar, çünki yapıxır və yumşaq olmur.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri