Teflon örtüyü olan qabların təhlükəsi

Müəllif: arzum-aysum
Şərhlər:
Baxılıb: 685
Paylaş:
Səs ver:
(səs: 3)
Teflon müasir yanmayan materialdır. Hal hazırda teflon örüyü olan tavalar və qazanlar hər bir evdə var.

Lakin dünyanın müxtəlif ölkələrində teflonla bağlı aparılan bir çox elmi araşdırmalar nəticəsində məlum oldu ki, teflon heç də ziyansız material deyil.

Araşdırmalar nəticələrinə əsasən, teflonun güclü qızdırılması çox ziyanlı maddələrin  ifrazına səbəb olur ki, bu maddələr insan sağlamlığına mənfi təsir edir. Belə hesab olunur ki, bu maddələr kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.

"Teflon" nişanının sahibi olan tanınmış DuPont şirkəti təsdiq edir ki, teflon 260 C kimi və bundan artıq qızdırıldıqda artıq kanserogen maddələri ifraz etməyə başlayır. Bu səbəbdən özünü bu maddələrin təsirindən qorumaq üçün belə qazanlarda qidaları qızartmayın, suda və ya buğda bişirin. Yalnız bu halqa qidanın sizin sağlamlığınız üçün ziyansız olmasına əmin ola bilərsiniz.

Teflon örtüyü olan qazanları aldıqda yalnız keyfiyyətli və tanınmış şirkətlər tərəfindən istehsal olunmuş malları seçin.

Əgər teflon örtünün üzərində cızıqlar və ya istənilən digər zədələr əmələ gəlibsə, belə qazanı və ya tavanı dərhal tullamaq lazımdır. Teflon örtünün zədələnməsi nəticəsində qidaya ziyanlı maddələr keçir. Bu səbəbdən teflon tavalarda və qazanlarda qida hazırladıqda bıçaqdan, çəngəldən və s. metal əşyalardan istifadə etmək olmaz. Qidanın hazırlanması zamanı yalnız taxta yaxud plastik ələtlərdən istifadə etmək olar.

Beləliklə, baxmayaraq ki, teflon örtüyü olan tava və qazanlar çox geniş istifadə olunur, onlara dünyada olan münasibət birmənalı deyil. Məhz bu səbəbdən bir çox həkimlər teflon örtüyü olan qazanlardan deyil, çuğun, minalanmış və keramika örtüsü olan qazan və tavalardan istifadə etmək tövsiyə edirlər.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 685
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook