Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 955
Səs ver:
(səs: 1)
K vitamini orqanizm üçün ən vaciblər siyahısındadır.

K vitamini çatışmazlığı
Orqanizmdə K vitamini çatışmazlığı varsa, deməli, həyatınız təhlükədədir. Çünki bu zaman qan həddən artıq durulur və kiçik bir yaralanma böyük qan itkisi ilə nəticələnir. Diş əti qanayır, qadınlarda menstruasiya zamanı qanaxma həddən artıq güclü olur. Həmçinin, həzm sistemi problemləri müşahidə edilir.

K vitamini ehtiva edən qidalar
Əslində, K vitamini, demək olar ki, bütün qidaların tərkbində var. Ancaq miqdarı az olduğu üçün sağlam qidalanmayan, hər gün meyvə və tərəvəz yeməyən insanlarda K vitamini çatışmazlığı müşahidə edilir.

Fındıq, fıstıq, tut, kişmiş, yaşıl noxud, noxud, mərci, kələm, brokkoli, badımcan, qaraciyər, yumurta, qırmızı ət K vitamini ehtiva edən qidalardır.

Ancaq onu da qeyd edək ki, K vitamininin orqanizmdə  çatışmazlığı kimi, çoxluğu da sağlamlıq problemlərinə gətirib çıxarır. Həmin vitamin orqanizmdə tələb olunandan artıq olarsa, damarlarda tıxanıqlıq, bədəndə tərləmə, sinədə ağrı müşahidə edilir. Qaraciyərin fəaliyyəti pisləşir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri