Sobanı necə təmizləmək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 722
Səs ver:
(səs: 2)
Evdəki ən çətin təmizlik işlərindən biri də soba təmizliyidir. Xüsusilə də yağlı və tomat pastalı yemək bişirmisinizsə ətrafa sıçrayan yağlı tomat patasının yanması nəticəsində yaranan ləkələri təmizləmək olduqca çətindir. Sobanızın bu dərəcədə çirklənməsinə heç bir zaman icazə verməyin.
Soba təmizləmək üçün sizi ən az yoracaq üsul budur. Təmizlik üçün sizə təkcə maye amonyak lazımdır. Bunu əczaxanalardan tapa bilərsiniz. Əvvəlcə sobanızı 60 dərəcə qızdırın (su isinənə qədər soba soyumamalıdır. Su və amonyak sobaya yerləşdiriləndə sobanın içindəki tempratur 60 dərəcə olmalıdır). Soba qızan zaman 1-2 lt su qaynadın. Maye amonyakı bir soba qabına tökün. Qaynar suyu da başqa bir soba qabına qoyun.

Sobanın üst rəfinə amonyakı, alt tərəfinə isə suyu qoyub sobanın qapağını bağlayın və 1 gecə bu şəkildə saxlayın.

Sabahı gün ammonyak və suyu sobadan çıxarıb sobanın qapağı açıq şəkildə 15 dq. havasını dəyişin. Daha sonra amonyakın içinə 1-2 çay qaşığı qab yumaq üçün köpüklü maddə əlavə edin. Əlcək geyinib süngərin köməyiylə sobanı yuyucu maddə əlavə olunmuş amonyakla silin.
Bu da təmiz soba.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri