Evdə qızılgülləri uzunmüddət necə saxlamaq olar?

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 4 323
Səs ver:
(səs: 0)
Mənə elə gəlir ki, qızılgülü hədiyyə almağı, onu evdə sevə-sevə saxlamağı arzu etməyən qadın yoxdur.
Şəxsən mən qızılgülü çox sevirəm, onu mənə hədiyyə edəndə isə ikiqat xoşbəxt oluram…
Amma ki, evdə az keçməmiş onların solduğunu görəndə elə heyifsilənirəm ki…
Saytlardan birindən qızılgülü ev şəraitində uzun müddət saxlamağın qaydasın öyrəndim və sizlərlə paylaşıram.

Qızılgülü suya qoymazdan əvvəl onun aşağı hissəsindəki yarpaqlar qoparılmalıdır. Çünki suda olan yarpaqlar tez xarab olur və su iylənməyə başlayır.
Sonra saplaqların ucunu hökmən suyun içində iti bıçaqla, müəyyən bucaq altında (çəpinə) kəsmək lazımdır. Havada kəsib sonra suya qoyanda kəsilən yerdə əmələ gələn hava qabarcıqları suyun saplağın içinə keçməsinə mane olur və gül daha tez xarab olur. Yeri gəlmişkən, saplağın ucunun çəpinə kəsilməsi onun üçün lazımdır ki, saplaq güldana söykənəndə uc qapanmasın və suda olan qidalı maddələr saplaqdan gülə yaxşı sorulsun.

Qızılgüllər qoyulacaq su çox təmiz olmalıdır və hökmən qidalı maddələr əlavə edilməlidir. Əvvəlcədən suya 2-3 tikə qənd atılır və həll edilir. Bundan başqa 1 ədəd aspirin həbi sudakı bakteriyaların artmasına mane olaraq güllərin uzun müddət təravətli qalmasını təmin edir.
Güllər qoyulmuş suyu tez-tez dəyişmək lazımdır. Suyu dəyişərkən də fikir vermək lazımdır ki, saplaqların ucu hava ilə mümkün qədər az təmasda olsun. Bu halda qızılgülləriniz iki-üç həftə evdə sizin gözünüzü, könlünüzü oxşayacaqdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri