Sağlam yuxu üçün Ayurvedadan 12 məsləhət

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 3 412
Səs ver:
(səs: 0)
1. Yatmazdan əvvəl ayaqlarınızı ilıq su ilə yuyun, daban və ayaq pəncələrinizi küncüt yağı ilə isladılmış pambıqla silin. Bu ən yaxşı təbii sakitləşdirici vasitələrdən biridir.

2.  Ayurveda yatağın baş tərəfinin şərq istiqamətində olmasını tövsiyə edir.

3. Yatarkən üzünüzü yorğanla örtməyin. Adətən soyuq havalarda insanlar buna vərdiş edirlər. Bu isə olduqca zərərlidir. Belə ki, üzü bağlayarkən orqanizm lazımi havanı qəbul edə bilmir.

4. Yataq dəstinizin təmiz və quru olmasına xüsusi diqqət yetirin. Nəm və çirkli dəstlərdə yatmaq orqanizm üçün təhlükəlidir.

5. Tez yatıb, tez durmağı vərdiş halına salın. Belə vərdiş sizi gün ərzində gümrah və enerjili saxlayacaq.

6. Qarnı üstə yatmayın. Bu nəfəsalmanı çətinləşdirir, dərin və sağlam yuxuya mane olur.

7.  Yatmazdan öncə otağın havasını dəyişin. Çox isti otaqda yatmağa adət etməyin.

8. Yataq otağında heç bir məişət cihazı saxlanılmamalıdır. Televizor, kompüter, planşet, smartfonları yataq otağına qoymaq qəti yolverilməzdir.

9. Yataq paltarlarınızın təbii materiallardan olmasına diqqət yetirin. Onlar yüngül və rahat olmalıdır. Corabla yatmaq sağlamlıq üçün ziyandır.

10. Ayurveda kürəyi üstə yatmağı məsləhət görmür. Belə ki, kürəyi üstə yatmaq beynin fəaliyyətinə mənfi təsir göstərir.

11. Yatmazdan qabaq yeməkdən imtina edin. Dolu mədə ilə yatmaq normal yuxuya mənfi təsir göstərir. Digər bir tərəfdən isə yuxu öncəsi qəbul edilən qidanın orqanizm üçün heç bir faydası olmur. Əksinə bu qidalar orqanizmdə toksinlərin yaranmasına səbəb olur.

12. Yuxunuzun dərin və sağlam olmasını istəyirsinizsə yatmazdan ən azı 1-2 saat əvvəl zehni əməklə məşğul olmaqdan çəkinin.

Bu adi qaydalara riayət etməklə sağlam yuxuya sahib olmaq mümkündür. Sağlam yuxu isə gümrahlıq, xoş əhval və ən başlıcası isə sağlamlıq deməkdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri