İmmunitet sisteminin zəiflədiyini göstərən əlamətlər

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 163
Səs ver:
(səs: 2)
İmmunitet sistemi, sözün əsl mənasında, orqanizmin qalxanıdır. Düzgün qidalanmadıqda, yuxu rejimi pozulduqda, həddən artıq stressə məruz qaldıqda immunitet sistemi zəifləyə bilir. Bu zaman qrip və soyuqdəymə ilə yanaşı, təhlükəli xəstəliklərə yaxalanmaq ehtimalı da artır. İmmunitet sisteminizin zəiflədiyini müəyyən əlamətlərdən anlaya bilərsiniz.

Tez-tez xəstələnmək
Əgər ofisdə ilk xəstələnən siz olursunuzsa və ya xəstə biri ilə təmasdan sonra dərhal xəstələnirsinizsə, deməli, immunitet sisteminiz çox zəifdir. Həkimlər payız-qış mövsümlərində yetkinlərin  təxminən 2-4 dəfə xəstələnməsinin normal olduğunu söyləyirlər. Sizdə bu say daha artıqdırsa, həkimə müraciət edib immunitet sisteminizi gücləndirə biləcək vasitələr haqqında məsləhətlər almalısınız.

Stress
Stress immunitet sistemini zəiflədir. Maraqlıdır ki, immunitet sistemi zəiflədikcə insan özünü daha da stressli hiss edir. Yorğunluq, halsızlıq sizin mikroblara qarşı müdafiəsiz olduğunuzu göstərir.

Az su içmək
Gün ərzində az su içmək immunitet sisteminə pis təsir edir. Sidiyiniz sarı rəngdədirsə, deməli, immunitet sisteminiz zəifləməyə başlayıb. Gündə ən az 8 stəkan su içərək bu vəziyyətin qarşısını ala bilərsiniz.

Şirniyyat
Ürəyiniz tez-tez şirniyyat istəyir? Bu da immunitet sisteminin zəiflədiyini göstərən əlamətlərdən biridir.
Şirniyyat yedikcə, vəziyyətiniz daha da qəlizləşəcək. Çünki şəkər orqanizmin mikroblarla mübarizə aparmasına mane olur. Gündə 100 qramdan artıq şəkər qəbul etmək təhlükəlidir.

Köklük
Araşdırmalar göstərib ki, kök insanların immunitet sistemi daha zəif olur.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri