Bu kosmetik məhsullardan istifadə etməyin

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 586
Paylaş:
Səs ver:
(səs: 1)
Gündəlik həyatda dəri intensiv şəkildə çirkli havaya və toza məruz qalır. Gün ərzində məruz qaldığımız günəş şüaları, siqaret və digər müxtəlif amillər də dərinin tez qocalmasına səbəb olur. Türkiyəli kosmetoloq və dermatoloq Fulya Tezel bildirib ki, dərinin sağlam olması üçün ona qulluq edilməsi şərtdir. Onun sözlərinə görə, dəri qocalmasının qarşısını almaq üçün axşam yatmazdan əvvəl makiyajı mütləq silmək lazımdır.

Beləliklə, dərinin üst təbəqəsində yaranmış yağ, ölü dəri, bakteriya, göbələk və toplanmış kir aradan qalxır. Nəmləndirici məhsullar isə təmizləyici məhsulların qurutduğu dərinin nəm ehtiyacını ödəyir.

Kosmetoloq "Krem və ya təmizləyici məhsul seçməzdən əvvəl onun dəri tipinizə uyğun olub-olmamasını müəyyən etmək vacibdir. Başqasının dərisinə yaxşı təsir edən məhsul sizin dərinizə uyğun gəlməyə də bilər. Məsələn, rəfiqənizin dərisinə çox yaxşı təsir edən bir məhsul sizin dərinizdə əks reaksiya göstərə, hətta sızanaqların yaranmasına gətirib çıxara bilər. Dəriyə qulluq, nəmləndirici kremlərdən istifadə, kosmetik məhsulların təbii tərkibli olması dərinin təravətini uzun müddət qoruyub saxlamasını təmin edir. Ən əsası isə, qocalmaq istəmirsinizsə, dərinizi saxta məhsulların hücumuna məruz qoymayın! ” – deyə bildirib.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 586
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv