Bəzən dumanlı, çiskinli havaya baxıb evdən çıxmaq istəmirik. Bəzən də
xəstəlik bizi evdə qalmağa məcbur edir. Çoxları evdə tək qalmağın sıxıcı
olduğunu düşünürlər. Halbuki əksinə boş vaxtınızı olduqca maraqlı
keçirə bilərsiniz.
*Telefonun səsini alıb üzərinizi örtün və istədiyiniz qədər yatın.
*Ucuz olduğu üçün alıb heç istifadə etmədiyiniz şamları yandırın.
*Siyirtmələrin
içini səliqəyə salın. Orada elə şeylər tapacaqsınız ki, başınız
qarışacaq, vaxtın necə keçdiyini hiss etməyəcəksiniz.
*Kitabları əlifba sırası ilə düzüb rəfinizi səliqəyə salın.
*Evdə sulu boya varsa, rəsm çəkərək uşaqlıq illərinə qayıdın.
*Kağızlardan
müxtəlif əl işləri hazırlayın. İnternetdən bu mövzuda çoxlu videolar
tapıb yeni bacarıqlarınızı kəşf edə bilərsiniz.
*Evdə rahat
oturarkən daha çətin şəraitdə yaşamağa məcbur olan digər canlıları da
düşünün. Pəncərənin önünə çörək qırıntıları tökün, qapının önünə pişik
yemi və bir qab su qoyun.
*Ən sevdiyiniz musiqini qoyun. Qəhvə və
ya çay içərkən bir tərəfdən də mahnını zümzümə edin. Bu, stress və
yorğunluğu atmağın ən yaxşı yoludur.
*Uzun müddətdir izləmədiyiniz ən sevimli filminizə yenidən baxın. Ev şəraitində qarğıdalı partladın. Özünüzə meyvə şirəsi çəkin.
*Qarderobunuza əl gəzdirin. Geyinmədiyiniz paltarları ayırıb ehtiyacı olanlara verin.
*Kompüter oyunlarını sevirsinizsə, yeni oyunlar kəşf edin. Vaxtınız boldur, istədiyiniz qədər oyun oynaya bilərsiniz.
Bunlardan
hanısını seçəcəyiniz tamamilə sizin öhdənizə buraxılıb. Əsas odur ki,
vaxtı hədər verməyin, sizi mənəvi cəhətdən qidalandıracaq işlər görün.
Bütün
bunlara baxmayaraq, hələ də yalnızlığı, təkliyi sevmədiyinizi
düşünürsünüzsə, dostlarınızı qonaq çağırın, onlar əhvalınızı yüksəldəcək
bir məşğuliyyət tapacaqlar.