Soyuqda papaq taxmayanların nəzərinə

Müəllif: my_angel
Şərhlər:
Baxılıb: 690
Paylaş:
Səs ver:
(səs: 2)
Soyuq havada, xüsusilə küləkdə, yağışda başıaçıq gəzən həmvətənlərimiz bilmədən öz səhhətini çox ciddi təhlükəyə salırlar.

- Baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur. Bunun nəticəsində insanın immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə daha tez tutula bilər.

- Qulaqlar soyuğa xüsusilə həssasdır. Qulaq sinirinin iltihabı eşitmənin pisləşməsinə, qulaqlarda ağrılara səbəb ola bilər. İltihab vaxtında müalicə olunmadıqda insanda karlıq inkişaf edə bilər. Orta qulağın iltihabı olan otitin əsas səbəbi də məhz soyuqlamadır.

- Burun-udlaq da soyuqlamaya çox tez reaksiya verir. Nəticədə insanda zökəmin, tonzillitin (angina), bronxitin və s. iltihabların riksi xeyli artır. Xüsusilə bu xroniki tonzillit, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. İstənilən soyuqlama onlarda xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

- Bir çoxları saçlarını "qorumaq" məqsədi ilə papaqdan imtina edir - papaqda saçlar əzilir, saç düzümü korlanır. Lakin nəzərə almaq lazımdır ki, soyuq saçların sağlamlığına çox ciddi ziyan vurur. Soyuqda baş dərisinin kapilyarları daralır, saç follikullarının qidalanması kəskin pozulur. Bu isə saçların vəziyyətinə mənfi təsir edir - saçlar zəif, nazik, cansız olur, tökülür.

- Başın soyuqlaması üz sinirlərinin iltihabına səbəb ola bilər. Bu çox ciddi, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində insanın üzü əyilə bilər.

- Başın soyuqlaması güclü baş ağrılarına, kəllədaxili təzyiqin artmasına səbəb ola bilər.

- Başın soyuqlaması miqren tutmasına səbəb ola bilər. Həmçinin bir çox insanlarda ağır baş ağrıları ilə müşayiət olunan miqren xəstəliyi məhz başın güclü soyuqlamasından sonra meydana çıxıb.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 690
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv