Dikdaban ayaqqabıların bilmədiyiniz zərəri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 139
Səs ver:
(səs: 2)
"Gözəllik qurban tələb edir. Amma sağlamlığımızı qorumaq şərti ilə"
 
Türkiyəli həkim Fatih Dikici ayaqqabı seçərkən diqqət edilməsi lazım olan 4 əhəmiyyətli qaydanı izah edib. Dikdaban ayaqqabı dırnaq batması, ayaq baş barmağının içə doğru əyilmiş dayanması, döyənək, göbələk infeksiyası yaradır. Qadınlarda ayaq və topuq problemləri fikirləşdiyimizdən daha tez özünü biruzə verir.

Belə ki, bəzi vaxtlarda hər 3 qadından biri, ayaq sağlamlığından şikayət edir. Ayaq problemləri ən çox da günün çox hissəsini ayaq üstdə işləyən qadınlardır. Ayaq xəstəliklərinin yaranmasında səhv ayaqqabı seçimi əhəmiyyətli bir yer tutur.
 
Səhv ayaqqabı seçimi

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər 6 qadından birinin səhv ayaqqabı seçimi nəticəsində ayaqlarda yaranan əyilmə problemlərindən əziyyət çəkdiyi və buna görə də plastik əməliyyat etdirdiyi məlum olub.
 
Topuq hündürlüyü 2-2.5 santimetri keçməməlidir. Topuqların bu dərəcə hündür olması, ayaq üstdə olanda belin ağrımasına yol açır.
 
 Bunun əksinə daban hündürlüyü 8-9 sm-in üzərindəki ayaqqabılarda isə bədən yükü ayaq daraq sümükləri boyunca irəliləyərək ayaq ucunda toplanır. Bu tip ayaqqabı geyən qadınlarda topuq və ayaq önü ağrıları tez hiss edilir.
 
Dünyada hər 6 qadından biri həftədə ən az 3 gün hündür daban ayaqqabı geyərkən, bunların 1/3 hissəsi yıxılaraq topuq burxulması problemi yaşayır.
 
Davamlı olaraq istifadə isə barmaqların sıxışmasına yol açır. Bu da dırnaq batmaları, sümüklərdə çıxıntı kimi kiçik problemlər yaradır.
 
Dikdaban ayaqqabılardan uzun istifadə ayaq sümüklərinə həddindən artıq yüklənməyə, bu isə stressə səbəb olur.
 
Mağazadan ayaqqabı seçərkən çox diqqətli olmaq lazımdır. Çalışın sizin ayağınıza rahat olan ayaqqabını alasınız. Əks halda dəbə görə, aldığınız ayaqqabı sizə problemdən başqa heç nə verməyəcək.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri