1. Xəzlərin ən böyük düşməni "NƏM”dir. Bu səbəbdən də onlar uzun müddət
qapalı saxlanılmamalı və hansı fəsil olmasından asılı olmayaraq, tez-tez
çıxarılıb havalandırılmalıdır.
2. Yağışda islandığı zaman hər hansı
bir istilikverici cihaza yaxınlaşdırılıb qurudulmamalıdır. Belə qurutma
üsulu onlarda yanmalara və kiçilmələrə səbəb ola bilər. İslanan xəz
asılqana alınmalı, geyim fırçası ilə tükləri daranmalı və öz halında
qurumağa buraxılmalıdır.
3. Xəzə qulluqda onun islanması
halında kürkü əvvəla düz səthə sərməli, 12 saat bu şəkildə quruması üçün
saxlamalı, daha sonra isə bir fırça ilə fırçalayaraq təmizləməlisiniz.
4. Kürklərinizdə hər hansı bir
problem yaranarsa, gecikmədən üzərində düzəltmə işləri aparılmalıdır.
Əks halda deformasiya olan kürkün əvvəlki halını alması çox çətindir.
5. Xəzin tükünün tökülməsi halında
ona qulluq etmək üçün arada bir məxmər parçadan istifadə edərək
kürkünüzü parlatmağı sınaya bilərsiniz.
6. Qış günlərində ortaya çıxan
kürklər yay gəldiyi zaman şkaflara yerləşdirilir, amma necə
yerləşdirildiyi də olduqca önəmlidir. Asılqana alınaraq saxlanılmalı
olan kürklər qətiyyən neylon torbalara (sellofanlara)
yerləşdirilməməlidir. Bu, kürklərin havasız qalmasına və tüklərinin
tökülməsinə səbəb olur.
7. Açıq rəngli kürklərə qulluq talk
pudrası ilə edilə bilər. Ələ tökülən talk pudrası kürkün üzərinə
çəkilərək ovulmalı, daha sonra isə pudra kürkü silkələmək üsulu ilə
təmizlənməlidir.
Xəzin saxta olduğunu necə anlamaq olar?
8. Tüklərinə diqqət edin!
Bəzən
saxtakarlığa yol vermək məqsədi ilə istehsalçılar bəzi kürklərdə
aralara sintetika qarışdırırlar. Bilmək lazımdır ki, bunların da qiyməti
heç də ucuz deyil. Təbii xəzdən ayırd etməyin isə çox bəsit bir üsulu
var. Saxta xəzlərdə tüklər sərt olduğu halda, həqiqi kürk olduqca
yumşaqdır.
9. Saxta kürk uzaqdan baxıldığı
zaman naxışlarından da anlaşıla bilər. Süni kürkdə cizgilər uydurma olur
və heyvanın təbii cizgilərinə heç vaxt bənzəmir. Həmçinin süni kürklər
zərif görünmür.
Ölkəmizdə də keyfiyyətli xəzləri
əldə edə biləcəyiniz məkanlar mövcuddur. Femina xəz-dəri qalereyası da
bunlardan biridir. Hədiyyə və endirimlərdən yararlanmaq, çoxsaylı xəz
çeşidi arasından öz seçiminizi etmək üçün Feminaya üz tuta bilərsiniz!