Stomatoloqlar gündə 2 dəfə olmaqla (nahardan və səhər qida qəbuldan
sonra) dişləri diş fırçası və diş pastası ilə təmizləməyi tövsiyə
edirlər. Diş fırçasından əlavə diş sapı da dişlərə qulluq zamanı çox
təsirli təmizləyici vasitə kimi istifadə oluna bilər.
Diş fırçasının köməyi ilə dişlərin arasında və dişlə damağın arasında
olan məsafələri təmizləmək çox çətindir. Məhz bu səbəbdən burada
tez-tez karies və diş daşı əmələ gəlir. Bu problemi həll etmək üçün
xüsusi diş sapından (apteklərdə satılır) istifadə edin. Diş sapından
gündə bir neçə dəfə (xüsusilə axşam axırıncı qida qəbulundan sonra)
istifadə etmək olar.
Diş sapı (Floss):
Diş sapı diş aralarının təmizlənməsində sıx
istifadə edilən faydalı bir vasitədir. Səhv istifadəsi isə diş ətinə
olduqca zərərlidir. Diş sapı diş həkimindən doğru istifadəsini
öyrənildikdən sonra tətbiq olunmalıdır.
İlk istifadədə asan istifadə məqsədilə mumlanmış sapların köməyi ilə
etmək olar. Ayrıca florlu diş saplarını da istifadə etmək mümkündür. Onu
da qeyd etmək lazımdır ki, bəzən elə ilk istifadədə qanama müşahidə
edilə bilər. Əgər bu qanama tez-tez baş verərsə, ilk öncə diş həkiminə
müraciət etməniz vacibdir.
Diş sapının istifadəsi çox asan bir prosedurdur. Aşağıda qeyd ediləni etsəniz, bu, sizə kifayət qədər yetərli olar:
1.
Təqribən 45 sm diş sapını qutusundan çıxardır, qopardır və hər iki əlin
orta barmağına dolayırıq, qopartmadan tarımlaşdırırıq.
2. Baş
barmaqların köməyilə sapı ehtiyatla, təzyiq etmədən dişlərin arasına
salaraq diş əti sərhəddinədək hərəkət etdiririk. Diş ətinə toxunmaqdan
çəkinmək lazımdır.
3. Sapı hər bir dişin ətrafına dolamaq şərtilə
əyirik və yuxarı-aşağı hərəkət etdirərək zərərli diş ərpini
təmizləyirik. Yadda saxlamaq lazımdır ki, hər bir dişi tək-tək və
ehtiyatla təmizləmək lazımdır.
4. Göstərici barmaqların köməyilə sapı
ehtiyyatla aşağı dişlərin ətrafında hərəkət etdirmək lazımdır. Yenidən
sapı çəp əyərək yuxarı dişlərinizi təmizlədiyiniz kimi təmizliyə davam
edirik.