Gecələr corabla yatmayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 344
Səs ver:
(səs: 1)
Soyuqların düşməsilə əlaqədar əksər insanlar ayaqlarında kəskin üşümə halları yaşayır. Bəzən nə qədər çalışsanız da ayaqlarınız isinmək bilmir. Hətta isti otaqda olanda, isti corab geyinsəniz də, gecə isti yorğanın altında yatanda da ayaqlarınız "buz kimi" soyuq olur. Əgər bu hal sizi daim narahat edirsə, həkimə müraciət edin. Bu orqanizmdə olan bəzi xəstəliklərin və pozulmaların simptomu ola bilər. 

Qan dövranı pozulmarı, damar xəstəlikləri, varikoz xəstəliyi, qalxanvari vəzi xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi), şəkərli diabet, Reyno sindromu, osteoxondroz, dəmirdefisitli anemiya, arterial təzyiqinin dəyişilməsi kimi pozğunluqlar zamanı özünü göstərir.

Yalnız əsas xəstəliyi aşkar edib müalicə edəndən sonra siz bu xoşagəlməz simptomdan qurtula bilərsiniz. Əksər insanlar bu vəziyyətdə qaldıqda çıxış yolunu gecələr corab geyinərək yatmaqda görürlər.

Qadınlar.biz  sizə gecə corab geyinərək yatmağı sizin sağlamlıığınız üçün nə qədər zərəli olduğunu araşdırıb.

Dar toxunmuş corabların uzun müddətli təsiri ayaqlarınızda qan dövranının pozulmasına gətirib çıxara bilər. Qan dövranının pozulması get-gedə ayaqlarda göyərmələrə, dırnağın quruluşunun dəyişilməsinə və dərinin qurumasına gətirib çıxarır.



Corab geyinərək yatan insanlarda ayaqların tərləməsi və uzun müddət havasız qalması nəticəsində göbələk xəstəliklərinin yaranmasına gətitrib çıxarır. Hətta əksər insanlarda dəridə eqzemaların əmələ gəlməsinə səbəb olur. Eqzema dəridə müxtəlif səbəblərdən əmələ gələn dəri xəstəliyidir ki, qızarma, şişkinlik və qaşınma ilə müşahidə olunur.



Bəzən yuyulub yenidən geyindiyiniz corablarda az da olsa yuyucu maddə qalıqları qalır ki, bu da allergik dermatitlərə səbəb olub ayaqda qızartı, qaşınma kimi əlamətlərlə özünü göstərir. Odur ki, corabları yuduqdan sonra onlar mütləq yaxşıca durulanmalıdır.



Ayaq dırnaqları ətə batmayacaq formada kəsilməli, ayaqlar yuyulduqdan sonra barmaq araları yaxşıca qurudulmalıdır. Bütün bunlara əməl olunmaması ayaqlarda müxtəlif dəri xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri