Dırnağınızı yeməyin yoxsa...

Şərhlər:
Baxılıb: 522
Paylaş:
Səs ver:
(səs: 2)
Hər kəsin bir vərdişi var. Bəzisi yaxşı, bəzisi isə, pis. Bəzən çalışsaq belə, bu vərdişlərdən xilas ola bilmirik. Məsələn, dırnaqları yemək kimi. Dırnaq yemək bu gün həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis vərdişlərdən biridir. Bir çox insan dırnaqlarını yediyini heç ağlına da gətirmir. Yalnız ətrafdakıların xəbərdarlığından sonra bu pis vərdişin qurbanı olduqlarını anlayırlar.
Mütəxəssislər bildirirlər ki, həddən artıq stress keçirənlər, qayğı, əsəb, xəyal qırıqlığı ilə üzləşənlər dırnaq yeməyə meyllidirlər.
Tibbdə xəstəlik kimi qəbul edilən bu halın qarşısı mütləq alınmalıdır. Zərərsiz hesab edilən bu vərdiş mütəmadi hal aldıqda, təhlükəli xəstəliklərə səbəb ola bilər. Belə xəstələrin həm dırnaqları zərər görür, həm də dişlərinin minası korlanır.
Dırnaq udulursa, yemək borusu, mədə və bağırsaqlarda təhlükəli xəstəliklər baş qaldıra bilər. Əllərimizi nə qədər çox yumağımızdan asılı olmayaraq, mikroblar dırnağa yığılır. Ona görə də, dırnaq yemək bu mikrobların bədənə daxil olmasına şərait yaradır.
Bəs bu vərdişi tərgitmək üçün nə etmək olar?

Dağdağan ağacı yağı
Bu yağın dadı acı olur. Yağı dırnaqlarınıza çəksəniz, dırnaqyemə vərdişi öz-özünə keçib gedəcək.

Sarımsaq
Dırnaqlarınıza sarımsaq çəkin. Əgər qoxusu sizi narahat edirsə, sarımsaq yağından da istifadə edə bilərsiniz.

Dırnaqlarınızı vaxtaşırı tutun
Dırnaqlarınızı uzatmağa çalışmayın.

Süni dırnaqlar
Süni dırnaqlardan istifadə edin. Onlar normal dırnaqdan daha möhkəm olduğu üçün yeyə bilməyəcəksiniz.

Yeni vərdişlər qazanın
Stress və depressiyadan əziyyət çəkdiyiniz zaman hörgü hörün, yemək bişirin və ya digər əl işləri ilə məşğul olun. Bunların heç birini edə bilməsəniz, musiqi dinləyin.

Saqqız çeynəmək də bu vərdişi tərgitməyə kömək edə bilər.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 522
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv