Zeytun yağından məişətdə faydalanmaq qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 732
Səs ver:
(səs: 3)
Zeytun yağının faydaları haqqında hər kəs məlumatlıdır. Ondan salatlarda və yeməklərdə istifadə etmək orqanizm üçün çox faydalı hesab olunur. Adətən pəhriz saxlayan insanların tez-tez istifadə etdiyi zeytun yağı kosmetologiyada da geniş istifadə olunmaqdadır. 

Zeytun yağının əsas tərkib hissəsi doymamış yağ turşularıdır. Bu yağ turşuları qanda sağlamlıq üçün zərərli xolesterinin səviyyəsini endirirlər. Aparılmış tədqiqatlarda müəyyən olunmuşdu ki, zeytun yağı istifadəsi ürək-damar xəstəliklərinə tutulma riskini 40% azaldır. 

Bu qədər xeyirli bir məhsuldan təkcə sağlamlıq üçün deyil, diğər məişət işlərində də geniş şəkildə faydalanırlar.

Qadınlar.biz  oxucularına zeytun yağından faydalanmağın digər yollarını təqdim edir.

Zeytun yağından evdəki mebellərin təmizlənməsində istifadə edə bilərsiniz. Bunun üçün, sprey şüşəsinə bir az zeytun yağı, bir az limon suyu və ya ağ sirkə əlavə edin. Qarışımı mebelin üzərinə səpib, bir neçə dəqiqə gözlədikdən sonra quru əski ilə silin.

Əgər evinizi boyayarkən saçlarınız boya olubsa bunun üçün müxtəlif kimyəvi maddələrdən istifadə etməyə ehtiyac yoxdu. Bu işdə də zeytun yağından yararlana bilərsiniz. Saçlarınızın boyaya batmış hissəsini zeytun yağı ilə təmizləyin.

Kişilər, təraş köpüyünüz bitibsə, sabunla vaxt itirməyin. Zeytun yağını üzünüzə sürtüb rahatlıqla təraş edə bilərsiz.

Saç nəmləndiricisi qismində müxtəlif balzamlardan istifadə edirsiniz. Kimyəvi tərkibli bu balzamlar saçlarınıza zaman keçdikcə öz mənfi təsirini göstərir. Onun əvəzinə zeytun yağını mikrodalğalı sobada qızıdırıb saçlarınızın codlaşmış hissələrinə sürtərək 45 dəqiqə saxladıqdan sonra yuya bilərsiniz.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri