Vitamin və minerallar insanın sağlamlığı üçün olduqca vacib maddələrdir.
Bu maddələr orqanizmdə gedən bütün proseslərdə iştirak edir.
Vitamin
və mineralların uzun müddət ərzində çatışmazlığı müxtəlif pozulmalara
səbəb olur. Qidalanmamızda vitamin və mineralların əsas mənbələrdən biri
meyvə-tərəvəz və müxtəlif göyərtilərdir.
Meyvə-tərəvəz və göyərtinin
insanın sağlamlığında olan rolu əvəzolunmazdır. Lakin
meyvə-tərəvəzlərdən və göyərtilərdən fayda almaq üçün onları düzgün
yumaq və təmizləmək çox vacibdir.
Göyərti
Pis
yuyulmuş göyərtidən orqanizmə çoxlu miqdarda qurdların yumurtaları
düşür. Yumurtalar göyərtilərin yarpaqlarına bərk yapışır və daha sonra
orqanizmə düşür. Burada yumurtalardan qurdlar əmələ gəlir. Qurdlar
orqanizmin fəaliyyətinə çox mənfi təsir edir – immun sistemini
zəiflədir, allergik və s. xəstəliklərə səbəb olur.
Nəzərinizə
çatdıraq ki, qurdaların yumurtaları göyərtilərə o dərəcədə bərk yapışır
ki, onları su ilə yumaq çox çətindir. Duz və sirkə qurdların
yumurtalarını öldürür.
Göyərtinin düzgün yuyulması çoxmərhələli
prosesdir. Əvvəl göyərtini təmizləmək və 15-20 ərzində soyuq suda
saxlamaq lazımdır (suyu bir neçə dəfə dəyişin). Daha sonra göyərtini
axar suyun altında yaxşı yuyub 20 dəqiqə ərzində duz (1 l suya 1 çay
qaşığı duz) və ya sirkə (1 l suya 1 xörək qaşığı sikə) əlavə olunmuş
suda saxlamaq lazımdır. Sonda göyərtini yenə də axar suyun altında yumaq
lazımdır.
Gül kələmi, kahı da bu qayda ilə yuyulmalıdır.
Meyvələr
Xarici
ölkələrdən gətirilən meyvələr xüsusi emal olunur ki, gec xarab olsun.
Onların üzərinə xüsusi maddə – parafin (mum) çəkilir. Məhz bu səbəbdən
xarici meyvələrin üzərində heç bir ləkə və s. olmur, onlar daim
parıltılı olur, uzun müddət ərzində təzə qalır.
Belə mum təbii deyil, kimyəvi maddədir. Bu kimyəvi maddə orqanizmdə yığılır və müxtəlif pozulmalara səbəb olur.
Meyvələrin
üzərində olan mum hətta su ilə yuduqda getmir, bu səbəbdən belə
meyvələrin qabığını təmizləmək lazımdır. Ən yaxşı variant isə – belə
meyvələri yeməmək və xüsusilə uşaqlara verməməkdir. Yerli, təbii şəkildə
yetişdirilmiş meyvələrə üstünlük verin.
Bütün meyvələri və
giləmeyvələri (!) yedikdən əvvəl mütləq 15-20 dəqiqə ərzində soyuq suda
saxlamaq, daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır.
Meyvələri yumaq üçün xüsusi fırçalar var. Bu fırçalarla meyvələrin
qabığını yüngül sürtmək lazımdır. Bu xüsusilə kivi, şaftalı, ərik kimi
"tüklü” meyvələri yuduqda vacibdir.
Nar, banan, qarpız, yemiş kimi
meyvələr də mütləq yaxşı yuyulmalıdır. Bu meyvələrin qabığının üzərində
çoxlu miqdarda mikroblar yığılır ki, bu mikroblar bıçaqdan, əllərdən
insanın orqanizminə düşə bilər.
Tərəvəzlər
Tərəvəzləri
də mütləq əvvəl soyuq suda islatmaq (suyu bir neçə dəfə dəyişmək
lazımdır), daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır.
Kartof, çuğundur, kök və s. kimi tərəvəzləri suda isladıqdan sonra fırça ilə yaxşı yumaq, daha sonra isə təmizləmək lazımdır.
Quru meyvələr
Quru
meyvələri mütləq əvvəl soyuq suda islatmaq, sonra axar suyun altında
yaxşı yumaq, süzgəcə qoyub üzərinə qaynar su tökmək lazımdır.