Evinizin divarlarını bu cür təmizləyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 631
Səs ver:
(səs: 1)
Ev təmizliyi edərkən, vax aşırı yerlər süpürülür, silinir, müəyyən aralıqlarla şüşələr və mətbəx kafelləri silinir. Lakin divarlar, yalnız bahar təmizliyi zamanı, ildə bir ya da iki dəfə təmizlənir. Divar təmizliyi üçün ən yaxşı təmizlik maddələrinin və təmizləmə üsulunun hansılar olduğu maraqlıdırsa, xəbərimizi oxuyun.
 
Boyalı divarlar
Boya ilə boyanmış divarların asan silinməsi üçün, divar təmizliyinə başlamadan 1-2 saat əvvəl otağın ortasına böyük bir vedrə və ya ləyən içində qaynar su qoymaq, pəncərələri və qapını bağlı saxlamaq lazımdır. Bu zaman divardakı çirklər yumşalacaq və təmizləmək daha asan olacaq. Çirklər yumşaldıqdan sonra qab pastası və su ilə divarlar silinir.
 
Divar kağızları
Divar kağızlarına çox tünd ləkələr düşməməsi üçün tez-tez təmizləmək lazımdır. Məsələn ayda 1 dəfə elektrik süpürgəsinin fırçalı ucu ilə divar kağızlarına yapışan tozların alınması, ləkə meydana gəlməsinin qarşısını alacaq. Təxminən 3 ayda 1 dəfə ucuz qab pastasını, bol suyla qarışdırıb yumşaq bir bezlə divar kağızlarını təmizləyə bilərsiniz.
 
Mətbəx divarları
Mətbəxdə yemək hazırlandığı i üçün yeməklərin yağı, buxarı mətbəx divarlarında istənməyən ləkələr və izlər buraxır. Bu ləkələri aparmaq üçün klassik təmizləyicilər bəs etməyə bilər. Bu səbəblə mətbəx divarlarını bol duzlu suya batırılmış bez və ya süngər ilə təmizləmək daha praktik bir üsuldur. Daha uzun müddətli tünd rəngli kir və ləkələr üçün isə mətbəx divarlarının sirkəli suyla silinməsi məsləhət görülür.
 
Divarlardakı barmaq izləri
Divarların hər yerinin silinməsinə ehtiyac yoxdursa, əgər yalnız barmaq izləri təmizlənməlidirsə, dilimlənmiş kartofla divardakı barmaq izləri asanlıqla silinə bilər.
Divarların daha az çirklənməsi üçün nələr edilməlidir?
Təmizlənən divarların daha az çirklənməsi üçün təmizləndikdən sonra nişastalı suyla divarların silinməsi məsləhətdir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 631
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri