Mikroblardan qorunmaq üçün 6 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 756
Səs ver:
(səs: 3)
Siz həmişə özünüzü və ailənizi mikroblardan,onların səbəb ola biləcəyi xəstəlik və infeksiyadan qorumağa yardımçı olacaq yollar axtarırsınız. Buna görə də biz, hər kəsin müdafiə olunmasına kömək edəcək 6 məsləhət təqdim edirik.

Anti-bakterial sabundan istifadə edin: Xəstəliyin qarşısını almağın ən effektiv yollarından biri dərinizdə mikrobların çoxalmasının qarşısını almaqdır. Siz anti-bakterial sabunla əllərinizi yuyarkən, yaxud duş qəbul edərkən xəstəlik, infeksiyaya səbəb ola bilən bakterial və göbələk mikroblarının təbii artımını ləngidirsiniz.

Əllərinizi nə vaxt yuyacağınızı unutmayın: Ailənizdə hər kəsin tez-tez, xüsusilə də, yemək yedikdən, xəstə birinə qulluq etdikdən, uşaq bezi dəyişdikdən, heyvan yemlədikdən, kəsik və ya yaranı müalicə etdikdən, asqırdıqdan və ya burnunu təmizlədikdən, yaxud da ayaqyolundan istifadə etdikdən sonra əllərinizi Safeguard anti-bakterial sabunu ilə yuduğundan əmin olun.

Sağ əllə yuma texnikasından istifadə edin: Əllərinizi axar suyun altında yaxalamazdan əvvəl 20 saniyəyədək köpükləndirməklə yuyun və yaxşıca qurulayın. Uşaqlarınızın 20 saniyəlik qayda ilə bağlı problemi var? O zaman onlara əllərindəki köpüyü yaxalamadan əvvəl əlifbanı saymağı – bir dəfə deyil, iki dəfə – öyrədin.

Evinizdəki səthləri dezinfeksiya edin: Qrip kimi virusların səthlərdə 48 saatadək yaşaya bildiyini bilirdinizmi? Buna görə də tez-tez dezinfeksiya etmək vacibdir. Ev üçün dezinfeksiya edici vasitə ilə, yaxud dezinfeksiya edici dəsmallarla gündə bir dəfə mətbəxdəki və hamam otağındakı səthləri silməyə çalışın.

Dezinfeksiya edici vasitəni əl altında saxlayın: Sabun və axar suyun olmadığı vaxtlarda əl üçün dezinfeksiya edici vasitədən istifadə edin. Evdən kənarda olduğunuz vaxtlar üçün cibə sığacaq ölçüdə olan qablarda ehtiyat götürün və cəld quru təmizləmə üçün onları evin hər yerində saxlayın. Tərkibində ən azı 60% spirt olan məhsuldan istifadə edin.

Əllərinizi üzünüzdən uzaq saxlayın: Virus, adətən, bədənə gözlərdən, burundan və ya ağızdan daxil olur. Buna görə də gözlərinizi ovuşdurmamağa və ya dırnaqlarınızı yeməməyə çalışın və burnunuzun axdığı zamanlar üçün yanınızda birdəfəlik kağız dəsmallar gəzdirin.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri