Ədviyyatların istifadə və saxlama üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 070
Səs ver:
(səs: 3)
Ədviyyatlara hər bir mətbəxdə demək olar ki, rast gəlmək olar.
Hər bir xanım bişirdiyi təamlarda kimisi az, kimisi çox olsa da ədviyyatlardan istifadə edir.
Bəs bu ədviyyatların istifadə olunma miqdarından asılı olaraq bizə ziyanını və ya xeyirini bilirikmi? Bəs ədviyyatları hansı üsullarla saxlasaq ilk günki keyfiyyətini uzun müddət qoruyub saxlamış olar?
Bir az bunları araşdıraq.
Çay saxladığınız qabın içinə qızılgül ləçəkləri və ya portağal(və ya qoxusunu sevdiyiniz hər hansı meyvə) qabığının qurumuş qabığını qoyarsanız, çayınız daha təravətli olacaq.
Çay dəmlədikdə əgər çayı qaynatmısınızsa onda çaydana 1 ədəd qənd atsanız çaydan qoxu gəlməz.
Çay dəmlərkən çaydana ətirli ədviyyatlar əlavə edərsəniz (darçın, zəncəfil, mixək) onda çay daha ləzzətli olacaq.
Xörəklərdə ədviyyatlara çox aludə olmayın. Xörəyinizdən ancaq ədviyyat qoxusu gələrsə onda ləzətti itər.
Bütün ədviyyatlar yeməyə bişməmişdən beş dəqiqə əvvəl əlavə olunmalıdır.
Ədviyyatı uzun müddət saxlamaq istəyirsəniz onda ədviyyatı üyütməyin. Çünki üyüdülmüş ədviyyatın tərkibindəki efir yağları daha tez uçur.
Qurumuş nanəni istifadə etdikdə xırdalasanız əvvəlcədən ovulmuş nanədən daha təravətli olacaq.
Ədviyyatlarınızı ağzı bağlanan şüşə qablarda, qaranlıq və quru yerdə saxlamaq lazımdır.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 4 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri