Ayaqqabı ayağınızı sıxırsa...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2227
Səs ver:
(səs: 4)
Bəyənib – sevərək aldığınız ayaqqabı ayağınızı sıxırsa bunun üçün çıxış yolu həmin ayaqqabıdan imtina etmək deyil. Bir sıra təbii üsullarla siz sevdiyiniz ayaqqabını rahatlıqla istifadə edə bilərsiniz. Əgər ayaqqabı ayağınızı sıxırsa bu o demək deyil ki siz, öz ayaq ölçünüzdən kiçik ölçüdə ayaqqabı almısınız. Bəzi ayaqqabılar həqiqətən də istifadə edildikcə genişlənir və sizin ayağ formanıza uyğun bir şəkil alır. Təbii ki bu prosesin bitmə prosesini gözləmək sizin sağlamlığınıza ziyandır. Odur ki təqdim etdiyimiz bir sıra praktik üsulla siz ayaqqabınızı genişləndirib rahatlıqla istifadə edə bilərsiniz.
Qazet vərəqlərini sirkə ilə isladıb ayaqqabınızın içinə qoyun. Bir gün gözlətdikdən sonra ayaqqabınız qismən yumşaq olacaq və geyildiyində ayağınızı sıxmayacaq.

Ayaqqabınız burnu açıq bir modeldirsə onda həmin ayaqqabının burnunu sirkə ilə isladıb sonra burun nahiyyəsinə yaş dəsmalı yaxşıca yerləşdirib bir gün gözlədin.

Saf spirti süngər və ya dəsmal ilə ayaqqabınızın içinə sürtün. Quruyana qədər gözləyin.

İsti hava ayaqqabı genişlətmək üçün ən praktik üsullardandır. Bunun üçün ayaqqabınızı geyinməmişdən əvvəl saç feni ilə ayaqqabınızı bir qədər havalandırın.

Eyni zamanda ayaqqabı seçimində bir sıra detallara fikir verməyinizdə fayda var.
Sağ və sol ayağınızın ölçüsündə fərq ola bilər. Odur ki nisbətən böyük ölçüyə malik olan ayağınızın ölçüsündə ayaqqabı seçin.

Ayaqqabı almaq üçün ən uyğun vaxt axşamdır. Çünki səhərlər ayaqlar rahat olduğundan yarım ölçü qədər də olsa sizi yanılda bilər. Amma axşam ayaqqabı alarsanız, bu sizin üçün ən uyğunu olacaq. Çünki günün yorğunluğu nəticəsində bir qədər ayağlarımız səhərki ölçüsünə nisbətən şişdiyindən öz ölçünüzü seçməkdə yanılmazsınız.

Əgər sadalanan üsularla ayaqqabınızın genişlədilməsinə nail ola bilmədinizsa bunu hər hansı ayaqqabı təmirçisində də həll edə bilərsiniz. Ayyaqqabının ön tərəfdən sıxmaması üçün müəyyən bir proseslə (qəlib yerləşdirməklə) həmin ayaqqabını yarım ölçü böyütmək mümkündür.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri