Yaddaşınızı gücləndirmək istəyirsinizsə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 212
Səs ver:
(səs: 1)
Payızın gəlişi ilə gərginləşən iş rejimi az qala ağlınızı itirməyə səbəb olacaq. Bu mövsümdə gərgin templə ayaqlaşmalı olanlar sadəcə məktəblilər deyil. Yayın ardından bir anda hərəkətlənən iş dünyası, ilin sonuna kimi gözləntilər, xatırlanan hədəflər və psixologiyamıza təsir edən hava şəraiti işgüzar adamlara da təsir edir.
Sizlərə  gərgin iş rejimində zehnini toplamaqda çətinlik çəkən işçilərə dərman kimi təsir edəcək məsləhətlər təqdim edirik. Bu qidalar diqqəti gücləndirir, sürətli və məhsuldar işləməyə kömək edir, unutqanlıq və diqqət problemlərini kökündən həll edir.

- Qoz, fındıq, fıstıq kimi quru çərəzlər yemək beynin bir məsələyə daha çox diqqət yetirməsini və cəmləməsini təmin edir. Süzmə qatıqla hazırlayacağınız qoz, fındıq, fıstıqlı bir milkshake bu məsələdə olduqca yardımçı olacaq.
- Zəncəfil çayı qanı sulandırdığı üçün qanın bədəndə daha yaxşı axınını təmin edir. Bununla beynin qidalandığı oksigenin səviyyəsi artır. Zəncəfil yaradıcılığı inkişaf etdirməyə və daha güclü düşünməyə kömək edir. Ağır günlərdə zəncəfil çayı içməyi unutmayın.
- Kələm tiroit vəzlərin aktivliyini artıraraq daha güclü öyrənməyi təmin edir. Kələm şorbası bişirib yeyə bilərsiniz.
- Portağal C vitaminindən dolayı bədəni canlandırır, hafizəyə də müsbət təsir edir. Mütəxəssislər təzə sıxılmış portağal suyuna limon sıxmağı da tövsiyə edir.
- İşə başlamadan əvvəl limonad için. Əvvəlcə içilən limonad enerji verir və portağalda olduğu kimi biliklərin xatırlamasına yardım edir.
- Kök suyu için. Kök beynin maddələr mübadiləsini canlandıraraq xatırlama bacarığını artırır. Mütəxəssislər yeni biliklər öyrənməyə çalışarkən kök suyu içməyi tövsiyə edir.
- Bibəriyə çayı beyni canlandırır, beyin funksiyalarını yaxşılaşdırır.
- Sakitləşdirici təsiri olan adaçayı stressi azaldır və hafizəyə müsbət təsir edir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri