Ev təmizliyində ən böyük köməkçi sirkə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 168
Səs ver:
(səs: 1)
Sirkənin təbii bir təmizlik ləvazimatı olduğunu bilirdinizmi?
Tərkibi kimyəvi maddələrlə zəngin təmizlik vasitələrinin yerinə, bir qab sirkə ilə evinizi tərtəmiz edə bilərsiniz.

Soyuducunuzu silin – eyni miqdarda su ilə sirkəni qarışdırın. Bezi həmin suya batıraraq soyuducunu silin. Bu zaman soyuducudakı pis qoxular gedəcək və eyni zamanda ləkələr də yox olacaq.
Üstündə tərəvəz doğradığınız taxtaları dezinfeksiya edin – sirkə sizə taxtaların pis qoxularını, üstündəki getməyən ləkələri aparmağa kömək edəcək.
Mikrodalğalı sobalarınızı təmizləyin – bir qabın içinə yarım su stəkanı sirkə və yarım stəkan su töküb sobanızın içərisində 30 saniyə qızdırın. Sonra nəm bir bezlə silin.
Gümüşlərinizi parladın – 1 çay qaşığı duzla bir su stəkanı sirkəni qarışdırın. Əldə etdiyiniz qarışımı gümüşlərinizin üzərinə çəkib, 15 dəqiqə gözləyin. Təmiz bir bezlə silin.
Qarışqalardan xilas olun –  qarışqaların çıxan yerlərini sirkə ilə silin.
Qabyuyan maşını təmizləyin – qabyuyan maşınınızın zəmin hissəsinə bir su stəkanı sirkə töküb, normal proqramda işə salın. Bunu sadəcə çoxlu stəkan yuyacağınız zamanda edin. Çünki mütəmadi olaraq sirkə istifadə etmək, maşına zərər verə bilər.
Döşəmələri silin – parketlərdən başqa, bütün döşəmələri silərkən, təmizlik suyuna sirkə əlavə edə bilərsiniz.
Su kranlarının kənarlarındakı ləkələrdən qurtulun – eyni miqdarda götürdüyünüz su və sirkəyə soda əlavə edin və məcun halına gələnə kimi qarışdırın. Alınan qarışımı ləkələrin üzərinə tətbiq edərək, yarım – bir saat gözləyin. Daha sonra köhnə diş fırçasıyla təmizləyin.
Süngərlərinizin vaxtını uzadın – süngəri bir qaba qoyub, üzərinə çıxana kimi su tökün. Daha sonra üzərinə yarım stəkan sirkə töküb bir gecə saxlayın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri