Diş məcunundan heç belə istifadə etdinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 804
Səs ver:
(səs: 2)
Diş məcunun sizi təəccübləndirəcək istifadə metodlarını bilirdinizmi?
Sadəcə diş fırçalamaqda istifadə etdiyimiz məcun, əslində bir çox işlərdə bizim ən yaxşı köməkçimiz ola bilər.
Necə?


• Tüstüdən, siqaretdən saralmış dırnaqları diş məcunu ilə fırçalasanız, ləkələr yox olacaq.
• Çuqun tavalardakı ləkələri də diş məcunu vasitəsilə təmizləmək mümkündür.
• Adi yanıqların üzərinə diş məcunu çəkmək, yaraya su toplanmasının qarşısını alacaq. Amma açıq və dərin yaralara əsla tətbiq etmək olmaz.
•İdman ayaqqabılardakı bəzi ləkələrin çıxarılmasında diş məcunu ən yaxşı vasitələrdəndir.
• Sızanaqın üzərinə axşam yatmamışdan əvvəl kiçik bir hissə diş məcunu çəksəniz, səhərə kimi qızarıqlıq və şişkinlik qalmayacaq.
• Dəniz eynəkləriniz daima buxarlanırsa, onda eynəyi diş məcunu ilə silib, daha sonra su ilə durulayın.
• Xalçalardakı ləkəni təmizləmək üçün diş məcunundan istifadə edin. Diş məcununu ləkənin üzərinə töküb sürtün. Daha sonra yaş dəsmalla təmizləyin. Xalçanın rənginin çıxmamasından əmin olmaq üçün əvvəlcə kiçik bir hissədə yoxlayın.
• Ayaqqabının parıldaması üçün diş məcununu pambıq parça vasitəsilə ayaqqabıya tətbiq edin. Daha sonra qalıqları təmiz bir bezlə təmizləyərək, krem çəkib daha parlaq ayaqqabılara sahib ola bilərsiniz.
• Uşaqların divara çəkdikləri boyanı silmək üçün diş məcunu ən yaxşı vasitədir.
• Aynaların buxarlanmaması üçün bir az suda bir qədər diş məcununu həll edərək, pambıq bezlə aynanı silin.
• Yumşaq mebel üzərində meydana gələn ləkələri çıxarmaq üçün diş məcunundan yararlanın.
• Divara hər hansısa bir şəkil yapışdırmaq üçün diş məcunundan istifadə edə bilərsiniz. Yapışdırıcıdan fərqli olaraq, şəkil çıxarıldıqdan sonra nəm bezlə silərək, ləkəni təmizləmək asandır.
• Qızıl, gümüş, almas kimi zinət əşyalarını parıldatmaq üçün diş məcunu çəkib, pambıq bezlə ovun. Daha sonra ilıq su ilə durulayın.
• Əllərinizdəki balıq qoxusunu təmizləmək üçün bir kiçik hissə diş məcununu əlinizə sürtün. Daha sonra su ilə durulayın.
• Fincandakı çay və qəhvə ləkəsi üçün diş məcunu yetərlidir. Süngərin üzərinə diş məcunu töküb fincanı sürtün. Ləkələr təmizlənəcək.
• Su ləkələrini çıxarmaqda da diş məcunu yaxşı vasitədir.
• Divardakı mismarı çıxardıqdan sonra diş məcunu ilə yaranan boşluğu doldurun. Üzərindən isə boya tətbiq edin.
• Əmzik və süt şüşəsindəki süt qalıqlarının yaratdığı pis qoxudan yaxa qurtarmaq üçün diş məcunundan yaralanın. Şüşəyə bir qədər məcun töküb su əlavə edərək, 5 dəqiqə çalxalayın. Əmziyi isə məcun sürtərək, fırçalayın. Nəticə mükəmməl olacaq.
• Ən əsası hər gün təxirə salmadan, gün ərzində 3 dəfə dişlərinizi diş məcunu ilə fırçalayaraq, daha bəyaz, çürüksüz və sağlam dişlərə sahib ola bilərsiniz.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri