Xəz alarkən nələrə diqqət edilməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 893
Səs ver:
(səs: 1)
Xəz alarkən seçim tamamilə alıcının istəyinə bağlıdır. Ancaq əlbəttə ki, alarkən diqqət etməli olduğunuz nüanslar var.
Bu nüanslar xəz geyimləri alarkən tükün sağlam, keyfiyyətli, qısa, rəngli və günümüzün dəbinə uyğun olan modellər olmasının gərəkliliyidir. Digər məqamlar isə keyfiyyət və qiymət fərqlilikləridir. Normal halda bir heyvanın xəzindən istehsal edilmiş kürklərə digər bir heyvanın xəzindən aksesuar əlavə olunduğu zaman qiymət arta bilər.

Nəzərə almaq lazımdır ki, xəzi istifadə olunan heyvanın quyruq, baş, qarın və digər nahiyələrinin dərisindən hazırlanmış kürklər ucuz xəzlərdir. Bu səbəbdən də ən uzunömürlü xəzlər heyvanın kürək nahiyəsinin xəzindən hazırlanmış kürklər hesab olunur. Mümkün olduğu qədər seçim zamanı buna diqqət etmək lazımdır.

Ancaq nəzərə almaq lazımdır ki, hər bir alıcının alacağı xəz seçimi də öz büdcəsinə bağlıdır. Təmiz və səliqəli şəkildə istifadə edildiyi müddətcə aldığınız həqiqi xəzlərin uzun müddət istifadə edilə biləcəyindən əmin ola bilərsiniz.

Bəs saxta xəzlər hansı xüsusiyyətlərə sahibdir?
Saxta xəzlər həqiqi xəzlərlə müqayisədə olduqca yüngüldür. Bunlar tekstildə sintetik iplərdən hazırlanmış, görünüşü olduqca gözəl olan, həqiqi xəzlərdən daha yumşaq materiala malik xəzlərdir. Qısa müddət ərzində istifadə edilə bilər, ancaq yağış yağdığı zaman normal bir xəz kimi əvvəlki vəziyyətinə qayıda bilməz, tükləri yapışıb qalar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri