Saxta xəzi ayırd etməyin 7 yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 244
Səs ver:
(səs: 2)
Qış aylarının gəlməsi ilə birlikdə bir çox qadın xəz geyimlərinə bürünməyə başladı. Ancaq xəz seçimi edərkən öncədən məlumatlı olmaq saxta xəzləri gerçək xəzlərdən ayırd edə bilmək üçün olduqca önəmlidir. Təbii ki, heç kəs belə yüksək məbləğ ödəyərək saxta xəz almaq istəməz. Həqiqi xəzin qiymətini ödəyib, saxta xəz almamaq üçün isə yazımızı sonunadək oxuyun!

1. Həqiqi xəzin səthinə toxunulduğu zaman həqiqi bir heyvanın tükünə toxunulurmuş kimi hiss olunur.

2. Həqiqi xəz yandırıldığı zaman neylon kimi ərimək yerinə yanmış insan saçı kimi iylənirsə, o zaman bu, həqiqi xəzdir.

3. Həqiqi bir heyvanın tükləri hər zaman dik və yumşaq olur. Misal üçün, əlinizə alanda iç tərəfindəki dəriyə diqqət etməlisiniz. Dəriyə bənzədilmiş saxta xəzlərdə tüksüz olan hissəyə baxanda onun saxta olduğunu anlamaq olar.

4. Saxta xəzi ayırd edə bilmək üçün diqqət edə biləcəyiniz bir digər məqam isə saxta xəzlərin olduqca yüngül olmasıdır. Həqiqi xəzlər isə onlarla müqayisədə çox ağırdır. Həddindən artıq yumşaq tüklərə sahib və yüngül xəzləri həqiqi xəzlərdən ayırd etmək heç də çətin deyil.

5. Saxta xəzlərdə yağış yağdığı zaman xəzin tükləri tamamilə yapışır və heç bir zaman tam şəkildə əvvəlki vəziyyətinə qayıtmır. Həqiqi xəzlərdə isə natural tük örtüyü olduğu üçün yağış suyu üzərindən axıb gedir.

6. Qiymət fərqinə diqqət etməyinizdə də fayda vardır. Saxta xəzlər qiymət baxımından həqiqi xəzlərdən ucuzdur. Həqiqi xəzlər isə kifayət qədər bahalıdır və hər bir xəz geyimin öz sertifikatı vardır.

7. Tülkü xəzlərində isə tülkülərin tükləri olduqca yumşaq və uzun olduğundan, saxta kimi görünə bilər, lakin bunu da ayırd etmək mümkündür. Tüklərin dibinə baxsanız, həqiqi dəri ilə saxtasını ayırd edə biləcəksiniz.

Bütün bunlarla birlikdə mümkün olduğu qədər xəzləri sadəcə xəz-dəri mağazalarından almağınızı məsləhət görürük. Çünki digər mağazalarda hazırlanan və satılan xəzlər arasında saxta xəzlər çoxdur.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri