Dişlərin ağardılması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 117
Səs ver:
(səs: 1)
Dişlər daim qida məhsullarının, dərman preparatlarının, içkinin, tütünün və s. tərkibindəki rəngləyici maddələrin təsirindən rənglənməyə məruz qalır. Nəticədə diskolorit yaranır və dişlərin rəngi dəyişir. Estetik stomatologiya rəngini dəyişmiş dişlərin müxtəlif üsullarla ağardılmasını təklif edir. Ən geniş ağartma kimyəvi ağartmadır. 2 növ ağartma var: evdə və stomatoloq tərəfindən professional olaraq. Kliniki şəraitdə ağartma ən effektiv metoddur və stomatoloq həyata keçirdir.

Bu ağartmaya 1.5-2 saat vaxt sərf olunur və əsas xüsusiyyətləri bunlardır:
- Dişlərin rəngi bir neçə ton daha şəffaf və ağ olur.
- Ağardıcı gelin təsirindən dişin mina qatı zədələnmir.
- Ağardıcı gelin turşuluğu pH7.5-dən aşağı olduğu üçün dişin minasında minerallar itirilməsi baş vermir.

Ev şəraitində ağartma üsulu zamanı ölçü alınır və kappa hazırlanır. Həkim istifadə qaydası ilə tanış edir. Gel kappanın içərisinə qoyulur və dişlərin üzərinə keçirilir. Pasient həmin kappanı gelin növündən aslı olaraq bir neçə saat ərzində gəzdirir. Ağartma əldə edildikdən sonra pasientə pəhriz təyin olunur. Yəni çay, kofe və.s qəbul olunmur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri