Ağrıdan 10 dəqiqəyə xilas olun

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 1 973
Səs ver:
(səs: 2)
Bəzən canımız ağrıyanda işlərin çoxluğundan  dərhal həkimə getmək imkanımız olmur. İstədiyin an həkimin qəbuluna düşmək də bir o qədər asan məsələ deyil. Bəs, qəfil boyun, şiddətli baş ağrısı, yaxud diz qapaqlarında sızıltı hiss edərkən ilk tibbi yardım kimi nə etməliyik?
 
Boyun ağrıları
Bu nahiyədə ağrılar, adətən, əzələ spazması səbəbindən yaranır. Bu ağrını aşağıdakı yollarla aradan qaldırmaq olar.
 
1. Soyuq kompres
Ağrıyan yerə buz qoyulmalıdır. Soyuq kompres damarları daraltdığı üçün ağrı reseptorlarını bağlayacaq. Tədricən iltihab və ödəm azalacaq.
 
2. Elastik bint
Belə plastırları zədələnən əzələlərə yapışdırmaq lazımdır. O, qan dövranını yaxşılaşdıraraq, orqanizmdən iltihabi maddələrin çıxmasına səbəb olacaq. Bu plastırla 5 gün ərzində gəzmək olar. Onu çıxartmadığınız müddətdə duşdan sonra da qopmayacaq.
 
3. Maz
Onu ağrıyan nayihəyə çəkmək lazımdır. Məsələn, kapsaisin mazındakı maddələr ağrını sakitləşdirmək üçün effektli vasitədir.
Kürək ağrısı
 
Beldə ağrı, xüsusən, yaşlı nəsildə tez-tez rast gəlinən əlamətdir. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatı boyu ən azı bir dəfə bel ağrısından şikayətlənir. Bu, insanların həkimə müraciət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və ya idmanla ağrıların uzun müddət itməsinə nail ola bilərsiniz.
Əgər siz uzun müddət gərgin və oturaq vəziyyətdə  işləyirsinizsə, onda əzələlərdə spazma yaranma ehtimalı yüksəkdir. Vəziyyətinizi yüngülləşdirmək üçün kürək əzələlərinizi hərəkətə gətirin:
1. Özünüzü əllərinizlə qucaqlayın
2. Qarın üstə uzanaraq əllərinizi yuxarı qaldırıb birləşdirin, sonra aşağı salın.
Diz ağrıları
 
Yaş artdıqca oynaqların vəziyyəti getdikcə pisləşir. Tədricən onların qığırdaq quruluşu incəlir və elastikliyini itirirlər. Sümüklər bir-birilə təmasda olmağa başlayır, bu da diz nahiyəsində xroniki iltihabların və dözülməz ağrıların yaranmasına gətirib çıxarır.
Əgər ağrı travma nəticəsində yaranıbsa, bu zaman oynağı istilik təsirindən uzaq saxlayın (isti vanna və ya duş qəbul etməyin və s.).
Aşağıdakı üsullarla əzabdan xilas olmaq mümkündür:
 
1. Soyutma spreyin köməyilə
 
Spreyi dizlərə çəkin.  Bu zaman dəri soyuyacaq və ağrı getdikcə azalacaq. Çünki bu zaman ağrı reseptorlarının işi  dayanır və onlar beyinə siqnallar ötürmür. Soyuq zədələnmiş yerdə qan dövranını azaldır. Bu da bir qayda olaraq, şişin azalmasına gətirib çıxarır. Onu da yadda saxlayın ki, bu cür spreyin təsiri yalnız bir sutkadır.

2. Elastik bintin köməyilə
 
Plastırı dizə yapışdırmaq lazımdır. Düzgün yapışdırılmış plastır zədələnmiş oynağa qədər qan dövranını yaxşılaşdırmağa kömək edəcək, həmçinin, ağrını azaldacaq. Plastırı 4 kiçik hissələrə bölməyi unutmayın.
Plastırın möhkəm olması üçün onu diqqətlə yapışdırmaq lazımdır. Onu bükülmüş dizə yapışdırın. Əgər ağrıyan yeri elastik bintlə bağlasanız, şiş çəkiləcək. Lakin bu zaman olduqca diqqətli davranmaq lazımdır ki, zədələnmiş yer çox sıx bağlanmasın, əks halda, siz daha böyük problem yarada bilərsiniz.
3. Diz ağrılarını kremlərin köməyilə aradan qaldıra bilərsiniz. Belə kremlər yalnız diz ağrısına yaxşı təsir edir.
4. Oturduğunuz və ya uzandığınız vaxt şişkinlikdən qaçmaq üçün ağrıyan dizinizi ürək səviyyəsinə qaldırın.
 


(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri