Müxtəlif xalqların sağlamlıq sirri

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 069
Səs ver:
(səs: 2)
Yaşadığımız ölkənin suyu, havası, torpağı və o torpaqda yetişən bitki və tərəvəzlər sağlamlığımıza birbaşa təsir edir. Coğrafiyası fərqli olanölkələrin yemək mədəniyyəti, o cümlədən, müalicə metodları da bir-birindən fərqlidir. Bəziləri bitki çayları, digərləri isə təbii bulaq sularıilə şəfa tapır...
 
Ölkələrin ənənəvi sağlamlıq sirlərini və müalicə metodlarını öyrənərəközünüz üçün daha sağlam həyat modeli müəyyən edə  bilərsiniz.
  
Uzun həyatın sirri Aralıq dənizində
Yunanlar dünyanın hər yerində ürəyi sağlam xalq kimi tanınır. Mütəxəssislərin sözlərinə görə, yunanlar bunu qidalanma rejiminə borcludur. Belə ki, bu xalqın qida rasionunda dəniz məhsulları üstünlük təşkil edir. Bundan başqa, onlar göyərti, tərəvəz və zeytun yağı ilə qidalanırlar.
 
Bitki çaylarının gücü
Bizim üçün ayran faydalı olduğu kimi, argentinalılar üçün də mete çayı o qədər əhəmiyyətlidir. Mete çayı əylənməyi sevən şən və sağlam Argentina xalqının milli içkisidir. Qeyd edək ki, mete çayı güclü antioksidant anbarıdır, həmçinin, həzm sistemini sürətləndirən təsirə də malikdir.
 
Sağlam səhər yeməyi
İsveçrə xalqı səhər yeməyində yulaf yeyir. Son dərəcə qidalandırıcı olan yulaf süd və ya təzə meyvə suları ilə yeyilir. Quru meyvələrə də  ləzzət qatan yulaf isveçrəliləri daha gümrah və sağlam saxlayır.
 
İyəbatırma üsulu
İynəbatırma bədəndə olan müəyyən bioloji aktiv nöqtələri iynələmək yolu ilə həyata keçirilən müalicə metodudur. Bu müalicə metodu qədim Çin təbabətindən gəlir. Çin xalqı ürək sağlamlığı, möhkəm yuxu və stresssiz həyatı iynəbatırma ilə müalicə üsuluna borcludur.
 
Bankaların sehri
Soyuqdəymə zamanı heç bir üsul kömək etməyəndə son çarəni bankada görürük. Xüsusi vurğulamaq lazımdır ki, banka ilə müalicə üsulu qədim Misirlilərdən gəlir. Çoxəsrlik tarixi olan alternativ müalicə üsulu dəri problemlərini və qanazlığı xəstəliyini sağaltmaqda da olduqca təsirlidir.
 
Sauna
Saunaya yalnız dincəlmək istədikdə gedirik. Lakin bunu vərdiş halına gətirməklə sağlamlığınızın qeydinə qala bilərsiniz. Rus xalqı gözəl və təravətli dərisini mütəmadi olaraq baş çəkdikləri sauna seanslarına borcludur. Sauna stress və gərginliyi aradan qaldırır, sinirlərə yaxşı təsir edir. Həmçinin, həzm sistemini və immuniteti də yaxşılaşdırır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri