Öskürəyi kəsən ən təsirli təbii üsullar

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 3 446
Səs ver:
(səs: 2)
Öskürəkdən xilas olmaq üçün təbii üsullara müraciət edə bilərsiniz.
  
Heyva
Heyvanın həm meyvəsi, həm də yarpaqları öskürəyə qarşı təsirlidir. O, boğaz infeksiyalarını aradan qaldırır və sinəni yumşaldır. Qurudulmuş heyva yarpaqlarını 10-15 dəqiqə, təzə heyva yarpaqlarını isə 3-5 dəqiqə dəmləyərək gündə 2-3 fincan için.
 
Heyva yarpağı çayına bal və cökə çayı əlavə etməklə, onun təsirini daha da artıra bilərsiniz.
 
1 çay qaşığı əzilmiş heyva toxumunu 1 fincan qaynar suda 5-10 dəqiqə dəmləyin. Bu çayların hər birini gündə 1-2 dəfə içə bilərsiniz. Çaya şəkər əlavə etməmək məsləhətdir. Bitki çaylarını yeməklərdən 30 dəqiqə qabaq və ya 1-2 saat sonra içmək tövsiyə olunur.
 
Qara istiot və bal
Araşdırmalar qara istiotun immunitet sistemini gücləndirdiyini, orqanizmi xərçəngdən qoruduğunu, mədədəki yanğı hissini və spazmı aradan qaldırdığını sübut edib. Qara istiot öskürəyə qarşı da təsirlidir. Onun dənələrini ilıq suda dəmləyib üzərinə bir az bal əlavə edərək içmək olar. Gündə 1 dəfə içmək kifayət edəcək.
 
Hil və yaşıl çay
Hil və yaşıl çay immuniteti gücləndirir. Boğazdakı qıcıqlanmanı, ağrını aradan qaldırır. Yaşıl çay və hildən hazırladığınız çayı həm içə, həm də onunla qarqara edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri