Təzə yumurtanın müəyyən edilməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 464
Səs ver:
(səs: 4)
Yayılmış fikrə rəğmən, yumurtanın ölçüsünə və rənginə görə onun təravətini və keyfiyyətini müəyyən etmək olmaz.
İlk növbədə yumurta tam olmalıdır, çatsız, dəliksiz və çirksiz.
Azmaz duzlanmış bir stəkan suya salınan təzə yumurta o dəqiqə suda batıb stəkanın dibinə gedər. Əgər yumurta stəkanın ortalarında qalarsa, deməli yumurtanın keyfiyyəti elədə yaxşı deyil və onu yalnız çoxlu bişirəndən sonra istifadə etmək olar. Batmayan və üzə çıxan yumurtanı o saat atmaq olar - o lax yumurtadır.
Əgər təzə yumurtanı sındırıb boşqaba töksəniz, yumurtanın ağı formada qalacaq və sarısı tam yumru şəkildə olacaq. Lakin köhnə yumurtanın ağı boşqaba yayılacaq, sarısı isə yastı şəkildə olacaq.
Yumurtaların uzun müddət təzə qalması üçün onları iti ucu aşağı formada soyuducuda saxlamaq lazımdır. Yumurta heç vaxt əvvəlcədən yuyulub saxlanılmamalıdır, o yalnız hazır edilən zaman yuyulmalıdır.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri