Çox düşünməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 561
Səs ver:
(səs: 5)
Mükəmməllik deyə bir şey olmadığını bilin
Nə qədər çox çalışsanızda, mükəmməllik nöqtəsinə çata bilməyəcəksiniz. Bunun səbəbi sizin kifayət qədər yaxşı olmamağınız deyil, elə bir faktın əslində mövcud olmamasıdır. İdeala çatmaq istəyi sizi yalnız stressə salacaq.
 
Düşünməyə ayırdığınız vaxtı qısaldın
Böyük bir qərar verməzdən əvvəl bunu dərhal etməkdən qorxuruq. Bu səbəbdən düşünmək üçün özümüzə vaxt veririk. Lakin, bu zaman adətən həddindən uzun olur və məsələ haqqında nə qədər çox düşünsəniz qərar vermək o qədər çətinləşir. Özünüzə əzab vermək əvəzinə mövzunu düşünmək üçün özünüzə müəyyən bir vaxt qoyun. Məsələn, "Sabah saat 3-ə qədər qərarımı verəcəm" deyərək düşünmə vaxtınıza müəyyən bir müddət qoya bilərsiniz.
 
Diqqətinizi dağıdın
Bəzən bir problemlə mübarizə etməzdən əvvəl edilə biləcək ən yaxşı şey beyninizi o mövzudan uzaqlaşdırmaqdır. Beləliklə, fikirlərinizi toplayar və daha açıq bir şəkildə hadisələrə baxa bilərsiniz. Əgər bir məsələ haqqında qərar verməkdə çətinlik çəkirsinizsə, beyninizi biraz mövzudan uzaqlaşdırın.
 
Başqaları ilə danışın
Əgər həddindən artıq düşünürsünüzsə və buna mane ola bilmirsinizsə, mövzunu güvəndiyiniz biri ilə məsləhətləşə bilərsiniz. Yoldaşlarınızla və ya ailənizlə məsləhətləşməkdən çəkinməyin.
 
Rahatlanın
Həddindən artıq düşünmək və hadisələri ən incə təfərrüatına qədər təhlil etmək stressə səbəb olur, hətta sizi depressiyaya da sala bilər. Bu səbəblə də mənfi düşüncədən xilas olmağınız vacibdir. İdman edərək həddindən artıq düşünməyin gətirdiyi stressdən xilas ola bilərsiniz.
 
Risk almaqdan qorxmayın
Bəzən həddən artıq düşünməməli və risk alaraq şansımızı sınaqdan keçirməliyik. Taleyin qərar verməsinə icazə vermək sizi qərar vermə stressindən azad edəcək. Unutmayın, bəzən düşünmək yalnız stressə və nəticələrin təxirə salınmasına səbəb olur.
 
Çox düşünmək əvəzinə yaxşı düşünün!
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 3 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri