Unutqanlıqdan qurtulmağın 5 üsulu

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 2 497
Səs ver:
(səs: 0)
Qadinlar.biz  unutqanlıq və diqqətin yayınmasından qurtulmağın yollarını təqdim edir:

Stresdən uzaq olun
Stresli olduğunuz zaman diqqətiniz yayınır və baş, boyun ağrılarına səbəb olur. Bir neçə dəqiqə istirahət edib, nəfəs məşqləri edə bilərsiz.

Yuxu və səhər yeməyinə diqqət
Yorğunluğun bir çox səbəbləri var. Yuxusuzluq, qan şəkərinin düşməsi və vitamin çatışmamazlığı. Yorğunluğu aradan qaldırmaq üçün 6-8 saat yatmaq mütləqdir. Səhər yeməyi də yuxu qədər vacibdir. 

Birdən çox işlə məşğul olmayın
Eyni anda birdən çox işlə məşğul olmaq diqqətinizin yayınmasına səbəb olur. İşlərinizi vacibliyinə görə sıralayıb bir-bir edin. Bəzi işləri isə eyni anda etmək sizə vaxt qazandıra bilər. 

Telefondan xilas olun
telefon zəngləri,ekranın yanıb sönməsi, mesajlar diqqətinizi yayındırmaq üçün gözəl vasitədir. Yaxınlarınıza iş vaxtlarında ancaq vacib zənglərə cavab verdiyinizi söyləyə bilərsiz. 

Dərmanların əks təsiri ola bilər
Depressiya, yuxu rejimi pozulan insanlar dərman qəbul etməyə üstünlük verirlər. Bu dərmanlar diqqətin dağılmasına səbəb ola bilir. Bu vəziyyətlərdə həkiminiz ilə məsləhətləşməyiniz düzgün addım olar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri